Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qodsvey Donyo
Qodsvey Donyo (14 oktyabr 1994, Akkra) – Kiprin futbol klubu olan Apollonun hücumçusu. Falkenberqin heyətində ilk matçına 30 mart 2014-cü ildə keçirilən Malmö-Falkenberq matçında çıxıb. Matça start heyətdə başlayan Qodsvey Donyo 70-ci dəqiqədə əvəzlənib. Eyni zamanda matçın 31-ci dəqiqəsində sarı vərəqə ilə cəzalanıb. Matç Malmönün 3-0 hesablı qələbəsi ilə başa çatıb. Falkenberqdə ilk qolunu 12 may 2014-cü ildə keçirilən Falkenberq-Yurqorden matçının 90+3-cü dəqiqəsində vurub. Matç Falkenberqin 1-0 hesablı qələbəsi ilə başa çatıb. Norşellandda ilk matçına 20 mart 2016-cı ildə keçirilən Norşelland-Kopenhagen matçının 88-ci dəqiqəsində çıxıb. Matç Norşellandın 2-0 hesablı qələbəsi ilə başa çatıb. Norşellandın heyətində ilk qolunu 19 avqust 2016-cı ildə keçirilən Norşelland-Randers matçının 64-cü dəqiqəsində vurub.Matç 1-1 hesablı bərabərliklə başa çatıb.