Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Mariya Paseka
Mariya Valeriyevna Paseka (19 iyul 1995; Moskva, Rusiya) — Rusiyanı təmsil edən idman gimnastı. Mariya Paseka 2012 və 2016-cı ildə Rusiyanı Yay Olimpiya Oyunlarında təmsil edib və üç gümüş, bir bürünc medal qazanıb. == Karyerası == Mariya Paseka birinci dəfə Olimpiya oyunlarına 2012-ci ildə Böyük Britaniyanın London şəhərində XXX Yay Olimpiya Oyunlarında qatılıb. O, komanda yarışlarında yoldaşları Aliya Mustafina, Viktoriya Komova, Kseniya Afanasyeva və Anastasiya Qrişina ilə birgə finalda 178.530 xal toplayaraq 2-ci yeri tutub və Olimpiya oyunlarının gümüş medalını qazanıb. Dayaqla tullanma yarışlarında isə o, bürünc medala layiq görülüb. Mariya Paseka 2016-cı ildə Rusiya bayrağı altında Braziliyanın Rio-de-Janeyro şəhərində XXXI Yay Olimpiya Oyunlarına qatılıb. O, komanda yarışlarında yoldaşları Aliya Mustafina, Seda Tutxalyan, Angelina Melnikova və Dariya Spiridonova ilə birgə finalda 176.688 xal toplayaraq 2-ci yeri tutub və Olimpiya oyunlarının gümüş medalını qazanıb. Dayaqla tullanma yarışlarında isə o, gümüş medala layiq görülüb.
Deodoru da Fonseka
Deodoru da Fonseka (5 avqust 1827, Alaqoas, Braziliya İmperiyası — 23 avqust 1892, Rio-de-Janeyro, Braziliya) — Braziliya generalə və dövlət adamı; İmperator II Pedronu devirən inqilabın lideri və Braziliya Respublikasının ilk prezidenti. == Həyatı == Hərbçi ailəsində dünyaya gələn Fonseka Paraqvay müharibəsində (1864–1870) göstərdiyi xidmətlərə görə mayor rütbəsinə yüksəldi. Siyasi cəhətdən mühafizəkar olan Fonseka imperatora bağlı bir əsgər idi. Ancaq imperator hökumətinin apardığı siyasətlə heç cürə barışmırdı. Rio-Qrande-du-Sul ştatına icra başçısı ikən zabitlərə siyasi söz azadlığının verilməsi barədə yazılan bir ərizəyə qol çəkdi. Bu səbəbdən II Pedro tərəfindən vətən xaini elan olundu və 15 noyabr 1889-cu ildəki inqilaba öndərlik etməyə başladı. İnqilabın sonunda imperator II Pedro taxtdan endirildi və 1891-ci ilin fevral ayına qədər ölkəni idarə edən müvəqqəti hökumətin başına Deodoru da Fonseka gətirildi. 1891-ci ilin fevral ayında isə bir çox generalın dəstəyi ilə hakimiyyətə gəldi. Ancaq güclü bir ölkə başçısı ola bilmədi. Bir tərəfdən hökumətdəki müxalifətin güclənməsi, digər tərəfdən keçmiş imperatorun qızı Kontez İzabellanın xalq arasında hökumətə qarşı çıxışlar etməsi ölkəyə yeni bir vətəndaş müharibəsinin toxumlarını səpdi.
Jorje Karluş Fonseka
Jorje Karluş di Almeyda Fonseka port. Jorge Carlos de Almeida Fonseca; 20 oktyabr 1950, Mindelu[d], Barlaventu adaları[d]) — Kabo-Verde siyasətçisi, hüquqşünas və 2011-ci ildən etibarən Kabo-Verde Prezidenti. == Həyatı == Jorje Fonseka Praya və Mindeluda ibtidai və orta təhsili, Portuqaliyanın Lissabon şəhərində isə ali təhsilini tamamladı. Lissabon Universiteti Hüquq Fakültəsində hüquqşünaslıq üzrə magistr dərəcəsini bitirmişdir. 26 mart 1989-cu ildə Kabo-Verdenin Birinci xanımı Ligiya Arkanjela Lyubrinu Dias Fonseka ilə evləndi. == Fəaliyyəti == 1975–1977-ci illərdə Kabo-Verdedə Mühacirət üzrə Baş direktor və 1977–1979-cu illərdə Kabo-Verde Xarici İşlər Nazirliyinin Baş katibi olmuşdur. 1982–1990-cı illərdə Lissabon Universiteti Hüquq Fakültəsində müəllim köməkçisi olmuş, 1987-ci ildə Lissabon Ədli Tibb İnstitutuna Cinayət hüququ üzrə professor təyin edilmişdir. 1991 və 1993-cü illərdə Xarici İşlər Naziri kimi çalışmış, daha sonra 2001-ci il seçkilərində prezidentliyə namizəd olaraq uğursuz qaldı. 2011-ci ilin avqust ayında yenidən prezidentliyə namizədliyini verdi. Səslərin 38%-i toplayaraq birinci turda qalib gəldi, ikinci turda Afrika Kabo-Verde İstiqlal Partiyası tərəfindən dəstəklənən namizəd Manuel İnosensio Souza ilə qarşılaşdı və qalib gəldi.
Hermes Ermestu da Fonseka
Hermes Ernestu da Fonseka (port. Hermes Ernesto da Fonseca, (1824, Маrеşал-Dеоdоru, Аlаqоаs, Braziliya imperiyası — 1891, Rio-de-Janeyro, Braziliya) — Braziliyalı hərbi və siyasi xadim , Marşal. Braziliyanın ilk prezidenti Deodoru da Fonsekanın böyük qardaşı və braziliyanın 8-ci prezidenti Ermes Roqriges da Fonsekanın atası. Paraqvay müharibəsində fəal iştirak etmişdir. Matu-Qrosu (1875—1878) və Baiya (1890) vilayətlərinin başçısı olmuşdur. == Mənbə == com que o excellentissimo senhor coronel Barão de Diamantino vice-presidente da província de Matto-Grosso passou a administração da mesma ao excellentíssimo senhor general Hermes Ernesto da Fonseca em o dia 5 de julho de 1875.
Vera Poska-Qryuntal
Vera Poska-Qryuntal (est. Vera Poska-Grüntal) — Estoniyalı hüquq müdafiəçisi, hüquqşünas və jurnalist; eston feminizminin lideri. == Bioqrafiya == 25 mart 1898-ci ildə Reveldə vəkil ailəsində anadan olmuşdur. Ailədə doqquz uşaq var idi: altı qız və üç oğlan, Vera ikinci övladdır. Tallinn gimnaziyasını bitirmişdir. 1915-ci ildə Petroqradda, sonra Voronejdə hüquq təhsili almağa başlayır. 1917-ci ildə o, Estoniya Tələbələrinin Pıxyala Cəmiyyətinə (EÜS Põhjala) qoşulur. Evləndikdən sonra Kuressaareyə, 1920-ci ildə Tartuya köçür. Müharibə və inqilab nəticəsində kəsilən təhsilini Tartu Universitetində davam etdirir. Dörd uşaq anası olaraq 1925-ci ildə hüquq fakültəsini bitirib.