Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Hana Poniska
Hana Poniska (slovak. Hana Ponická; 15 iyul 1922 – 21 avqust 2007, Banska Bistritsa) – Slovak yazıçı, publisist, tərcüməçi, ictimai xadim, dissident. == Bioqrafiyası == Hana Poniska 1922-ci ildə anadan olub. 1944 Slovakiya milli qiyamında iştirak edir. 1948-1950-ci illərdə əri, şair Stefan Jari ilə birlikdə Romada yaşayır. Vətənə qayıtdıqdan sonra "Smena na nedeľu" jurnalının ədəbi redaktoru vəzifəsində çalışır. 1956-1977-ci illərdə Yazıçılar Birliyinin üzvü olur. 1968-ci ildə Varşava Paktı birliklərinin Çexoslovakiyaya hücumuna etiraz etdiyi üçün işindən qovulur. Daha sonra 1972-ci ildə Smena qəzetinin redaksiyasından çıxarılır. 1977-ci ildə Hana Poniska Çexoslovakiya Yazıçılar Birliyinin qurultayında müasir mədəniyyət siyasətini tənqid edəcək çıxına icazə verilimir, ancaq məruzəsi protokola daxil edilir.
Kamenes-Podolska qalası
Kamyanets-Podilskıy qalası, (ukraynca: Кам'янець-Подільська фортеця, polyakca: Stary Zamek w Kamieńcu Podolskim) hal-hazırda Ukraynanın Kamyanets-Podilskıy şəhərində yerləşən tarixi Polşa qalasıdır. 1672–1699-cu illər arasında 27 il ərzində Osmanlı İmperiyasının Kamaniçe əyalətinin mərkəzi olmuşdur. Qala haqqında ilk məlumatlar 14-cü yüzilliyə aiddir. O vaxtlar bölgə Böyük Litva knyazlığının idarəçiliyində idi. Qala 14–18-ci yüzillikdə Reç Pospolita, Osmanlı və Rusiya Çarlığı maraq dairəsində olmuşdur. 1672-ci ildə Osmanlı padşahı IV. Mehmet 300.000-lik əsgər ilə qalanı işğal etmişdir. Osmanlı imperiyasına 40.000-lik kırım və kazak əsgərləri kömək etmişdir. 18 avqust 1672-ci ildə qala Osmanlı imperiyasına təslim oldu. Ancaq 27 il sonra Osmanlı-Müqəddəs İttifaq müharibəsində Osmanlı dövləti müharibəni uduzaraq, Karlovitsa müqaviləsini imzalayaraq, qalanı Reç Pospolitaya təslim etdi. Qala 18-ci əsrdən həbsxana olaraq istifadə olunmağa başladı.
Zoluşka (film, 2015)
Sindirella (ing. Cinderella) — 2015-ci ildə çəkilən ABŞ filmidir. == Həmçinin bax == Küllücə == İstinadlar == == Xarici keçidlər == «Robot-polis» — Internet Movie Database saytında.
Katerina Duska
Katerina Duska (yun. Κατερίνα Ντούσκα; d. 6 noyabr 1989, Monreal, Kvebek, Kanada) — Yunanıstan müğənnisi. O, "Better Love" mahnısı ilə Yunanıstanı İsrailin Tel-Əviv şəhərində keçirilən 2019 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. Katerinanın 2015-ci ildə Embodiment adlı debüt albomu işıq üzü görmüşdür. 2018-ci ildə o, albomundan olan mahnılarnı Afinada konsert zalında ifa etmişdir. Albomdan yer alan mahnılar İsveç bəstəkarı Albin Li Meldau tərəfindən bəstələnmişdir. O, Afinada keçirilən digər konsertlərdən birində Katerina ilə birlikdə səhnə almışdır. Katerina eyni zamanda həmin ilin dekabrında yunan musiqiçisi Petros Klampanis ilə birlikdə konsertdə çıxış etmişdir.
Vera Poska-Qryuntal
Vera Poska-Qryuntal (est. Vera Poska-Grüntal) — Estoniyalı hüquq müdafiyəçisi, hüquqşünas və jurnalist; eston feminizminin lideri. == Bioqrafiya == 25 mart 1898-ci ildə Reveldə vəkil ailəsində anadan olmuşdur. Ailədə doqquz uşaq var idi: altı qız və üç oğlan, Vera ikinci övladdır. Tallinn gimnaziyasını bitirmişdir. 1915-ci ildə Petroqradda, sonra Voronejdə hüquq təhsili almağa başlayır. 1917-ci ildə o, Estoniya Tələbələrinin Pıxyala Cəmiyyətinə (EÜS Põhjala) qoşulur. Evləndikdən sonra Kuressaareyə, 1920-ci ildə Tartuya köçür. Müharibə və inqilab nəticəsində kəsilən təhsilini Tartu Universitetində davam etdirir. Dörd uşaq anası olaraq 1925-ci ildə hüquq fakültəsini bitirib.
Better Love (Katerina Duska mahnısı)
Better Love (azərb. Daha yaxşı sevgi‎) — Yunanıstanın 2019 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı.Katerina Duska "Better Love" mahnısı ilə Yunanıstanı İsrailin Tel-Əviv şəhərində keçirilən Avroviziya 2019-da təmsil etmişdir. Mahnı ifaçı Katerina Duska və Leon of Athens tərəfindən bəstələnmişdir.