Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kozarez yarımadası
Kozarez yarımadası — faktiki yarımada olsa da rəsmi sənədlərdə və xəritələrdə ada kimi göstərilir. Ufa şəhərinin Lelinski rayonu ərazisində yerləşir. Yarımada Ağ çayın axını nəticəsində meydana gəlmişdir. Cənub-şərqdən quru əlaqəsi vardır. Bu səbəbdən yarımada adlanır ancaq daşqın və ya suyun mövsümdən asılı olaraq qalxması qurunun üzərinə qalxması ilə nəticələnir. Yarımadada qədim Kozarez kəndi yerləşir. Əhalisi 220 nəfər təşkil edir. Ərazi meşə ilə örtülüdür və əsasən Şam ağacları geniş yayılmişdir.
Parez
Parez — nevroloji sindrom olub , müəyyən bir əzələ qrupunda əzələ gücünün azalması ilə büruzə verir.
Bir dəfə qanunu pozaraq (film, 1992)
Bir dəfə qanunu pozaraq (ing. Once upon a crime) — 1992-ci ildə istehsal olunmuş filmdir. Filmin rejissoru Kanadalı rejissor Yucin Levidir. Filmin distribütori Metro-Goldwyn-Mayer kinokompaniyasıdır. Bəxtigətirməyən aktyor Culian Piter və onun tanışı Fibi Romada təsadüfən milyonçu Xanım Van Duqenin itini tapırlar və mükafatı qazanmaq üçün onunla birlikdə Monakonun Monte-Karlo bölgəsinə yola düşürlər. Lakin bu müddətdə Xanım Van Duqe qəflətən öldürülür və onlar bu cinayətdə təxsirkar bilinirlər. Bu səbəbdən Culian və Fibi qaçmağa məcburdurlar. Onlarla birlikdə bir çox şəxslər də bu işdə şübhəli bilinirlər... Bir dəfə qanunu pozaraq — Internet Movie Database saytında.