Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Hoplit
Hoplit (yun. ὁπλίτης - "oplon") — eramızdan əvvəl 8-ci əsrdə Qədim Yunanıstanda meydana çıxan ağır piyada sinfinin döyüşçülərinə verilən addır. Hoplitlər elit və zirehli Yunan nizə piyadalarıdır. O, nizə piyadaları ilə eyni üstünlüklərə və çatışmazlıqlara malikdir, lakin daha güclü müdafiə qabiliyyətinə malikdir. Bununla belə, zirehlərinə və tutmalı olduqları mövqeyə görə, döyüş zamanı Nizəçilər ilə müqayisədə daha yavaş hərəkət edirlər. Falanks qaydasında (konvergent nizam) döyüşmək üçün silahlanmış Hoplitlər dizliklər, döş nişanları və dəbilqələr taxırdılar. Hər üç zireh bir və ya iki qat camış dərisindən və ya tuncdan hazırlanmışdı. Hoplitlər çiyinlərinə asılmış enli, dairəvi qalxan, uzun tunc sivri nizə (3,5-4 metr) və çiynindən asılmış tunc qılıncla silahlanmışlar. Daha sonra dərini at sidiyi ilə bərkitmə texnikası tətbiq olundu. Hoplitin silah komplektinə böyük dörtkünc qalxan, qılınc, dəbilqə və zireh daxil idi.
Kozalit
Kozalit — mineral, Pb2Bi2S5. Bəzən 6,5%-dək Se qarışığı olduqda - selenkozalit. == Haqqında == Kozalit - rombik. Kristalları prizmatikdən, iynəvariyədək. Aqreqat çubuqvari, şüavi, dənəvər. Rəngi qurğuşunu-bozdan, poladı-boza­dək. Cizgisi qara. Parıltısı metallik. Sərtliyi 2,5-3. Xüsusi çəkisi 6,7-7,0.
Perlit
Perlit — tərkibində 3–4%-dək konstitutsion (bağlı) su olan konsentrik-qabıqlı perlit quruluşlu, riolit və riodasit tərkibli vulkan şüşəsi növü. 1000–1200° C temperaturda perlit sürətlə şişir və qapalı məsamələri olan yüngül material əmələ gəlir. Bu material beton, odavamlı sement, boya, plastmas, asfalt istehsalında doldurucu, habelə səs və istilik keçirməyən material kimi istifadə edilir. Azərbaycan Respublikasında perlit iri yatağları Kəlbəcər rayonunda yerləşir. == Həmçinin bax == Riolit Vulkanik şüşə Beton Sement == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. — Bakı: Nafta-Press, 2006. — Səhifələrin sayı: 679.
Eolit
Eolit (yun. ἔως – sübh çağı, dan şәfәqi, erkәn vә λίθος – daş sözündәn) – Nə vaxtsa hesab edilirdi ki, eolitlər ən qədim daş alətlər olub, amma indi hesab edilir ki, bunlar geofaktlardır (buzlaşma kimi tamamilə təbii geoloji proseslərin nəticəsində alınmış daş fraqmentlərdir). Eolitlərin tamamilə təbii mənşəyini göstərən daha çox sübutlar aşkar edilmişdir. == Biblioqrafiya == O'Connor, A. ‘Geology, archaeology, and ‘the raging vortex of the “eolith” controversy’, Proceedings of the Geologists' Association, 114 (2003). Terry Harrison (anthropologist), "Eoliths", in H. James Birx (ed), Encyclopedia of Anthropology (Sage, 2006). Roy Frank Ellen, "The Eolith Debate, Evolutionist Anthropology and the Oxford Connection Between 1880 and 1940," History and Anthropology, 22,3 (2011), 277-306.
Kolit
Kolit (yun. κῶλον (kolon) + ίτις (itis) ; azərb. Yaralı kolit xəstəliyi‎) — kolit xəstəliyi yoğun bağırsağın iltihabi və xroniki xəstəliyi. Bu zaman bağırsaqda çoxsaylı yaralar əmələ gəlir, bağırsağın selikli qişası zədələnir, şişkinləşir, damar şəbəkəsi pozulur, nəticədə hətta qansızmalar yarana bilir. Yaralı kolit xəstəliyi hər yaşda rast gəlinməsinə baxmayaraq, sıxlıqla 16-40 yaş arasında görülür. Xəstəliyin yaranma səbəbi dəqiq bilinmir. Güman olunur ki irsi amil, immunitetin pozulması (bədəndə gedən autoimmun reaksiyalar), bəzi zərərli qidalar, bakteriya və viruslar xəstəliyin yaranmasında mühüm rol oynayır. == Xəstəliyin əlamətləri == Qanlı ishal selikli-çirkli-qanlı nəcis ifrazı defekasiyanın ağrılı olması qarında sancılar çəki azlığı və tempraturXəstəliyin kəskinləşmə və sakitlik dövrləri var. Kəskinləşmə dövründə insanda halsızlıq, oynaq ağrıları, ağızda yaralar meydana gələ bilər. Xəstəliyin diaqnostikası kolonoskopiya müayinəsinə əsasən aparılır.İlkin diaqnostika zamanı bağırsağın digər iltihabi xəstəliyi olan Kron xəstəliyini inkar etmək üçün patohistoloji müayinə aparılmalıdır.
Pelit
Pelit — <0,001 mm və ya <0,005 mm ölçülü hissəciklərdən təşkil olunmuş (mənşəyi və tərkibliindən asılı olmayaraq) çökmə süxurların ümumi adı. Hissəciklərinin ölçüləri <0,01 mm-dən kiçik olan dib çöküntüləri (lillər) də pelit adlanır. Pelit fraksiyası çökmə süxurların və dib çöküntülərinin ölçüləri <0,01 mm hissəciklərdən ibarət olan fraksiyası. Pelit quruluş çox kiçik ölçülü (<0,01 mm) hissəciklərindən (95%-dən çox) ibarət çökmə süxur quruluşu; gil və gil şistləri, argillit və mergellər, vulkanik tuflar və bəzi klastik süxurlar üçün səciyyəvidir. Pelitləşmə — kaliumlu çöl şpatlarının epimaqmatik proseslər, yaxud aşınma nəticəsində dəyişilməsinin ilk mərhələsi. Nəticədə pelit (kaolin və b.) yaranır, minerallar şəffavlığını itirir. == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.
Polis
Polis (fr. Police, q.yun. ἡ πολιτεία — dövlət, şəhər) — ictimai asayişi qorumaq üzrə dövlət xidməti sistemi. Müxtəlif ölkələrdə müxtəlif spektrdə vəzifələr yerinə yetirir. Əsas vəzifəsi cinayətkarlıqla mübarizə və yol hərəkətinin təşkilidir. Onun üzərinə obyektlərin qorunması, müəyyən sahələrdə inzibati nəzarət, dövlət orqanlarının qərarlarının yerinə yetirilməsi qoyula bilər. Həmçinin müəyyən ölkələrdə yanğın söndürmə və qəzalardan xilasetmə xidməti də polisin tabeliyindədir. Polis sistemi bəzi ölkələrdə mərkəzləşmiş (Azərbaycan, Rusiya, Türkiyə və s.), və ya qeyri-mərkəzləşmiş (Almaniya, ABŞ və s.) ola bilər. Polis orqanları bir nazirlikdə, və ya bir neçə nazirlikdə (İtaliya — «beş polis ölkəsi»).
Polat
Polad — tərkibində karbonun miqdarı 2,14%-dən az olan dəmirdən ibarət bütün metallik legirlərə deyilir. İnsanlar poladla çox qədim təcrübəyə malikdirlər. Yüksək keyfiyyətə malik polad texnikanın tərkib hissəsinə çevrilmişdir. Karbon və dəmir uzun müddət ağır sənayenin sütununu təşkil edirdi və siyasətdə böyük rol oynayırdı. Hal-hazırda maşın, nəqliyyat və bir çox başqa texniki hissələrin hazırlanmasını poladsız təsəvvür etmək mümkün deyil. Poladlar iki hissəyə bölünürlər: alət və konstruksiya poladları. Kimyəvi tərkibinə görə də poladlar təsnifatlaşdırılıb: karbonlu və legirli poladlar. Karbonun və legirləyici elementin səviyyəsindən asılı olaraq poladlar bölünürlər: Aşağı karbonlu Orta karbonlu Yüksək karbonlu Aşağı legirli Orta legirli Yüksək legirliStrukturlarında da fərq qoyulmaqdadır. Poladda austenit, ferrit, martensit, beytinit və perlit kimi struktur təşkilediciləri mövcuddur. Əgər strukturda 2 və daha çox faza vardırsa, onda belə poladlar çoxfazalı adlanırlar.
Baccharis pohlii
Baccharis pohlii (lat. Baccharis pohlii) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin bakxaris cinsinə aid bitki növü.
Eugenia polita
Eugenia polita (lat. Eugenia polita) — mərsinkimilər fəsiləsinin evgeniya cinsinə aid bitki növü.
Jozeit A
Jozeit A - mineral, Bi2(Bi2TeS2) == Haqqında == Jozeit A - triqonal. Ayrılma mükəmməl, lövhəvari. Aqreqat: yuvayabənzər, tək-tək dənələr. Rəngi gümüşü-ağ, hərdən əlvan dəyişkən rəngli. Parıltısı metallik. Əyilgəndir. Sərtliyi 2. Xüsusi çəkisi 7,66-8,6. Qızıl yataqlarında, qalayın qreyzen yatağında rast gəlir. == Həmçinin bax == Mineral Qızıl Qalay Qreyzen == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti.
Jozeit B
Jozeit B - mineral, Bi4(Te,S)3 == Haqqında == Jozeit B - heksonal. Aqreqat vərəqvari. Ayrılma {0001} üzrə mükəmməl. Rəngi poladı-boz. Xüsusi çəkisi 8,39. == Həmçinin bax == Mineral == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. — Bakı: Nafta-Press, 2006.
Mikania pohlii
Mikania pohlii (lat. Mikania pohlii) — mürəkkəbçiçəklilər fəsiləsinin mikaniya cinsinə aid biki növü.
Perlit (polad)
Perlit austenitdən yaranan evtektoid, metastabil dəmir-karbon legirinin tərkibidir. Austenitin bu evtektoid parçalanması 723 °C baş verir. Perlit alfa kristalları (ferrit) və dəmirkarbidindən Fe3C (sementit) ibarətdir. Evtektoid konsentrasiyası 0,8%-ə bərabərdir. Perlit tərkibli strukturunda sementid lay şəklində olur (şəkil 1). Yumşaltma əməliyyatı nəticəsində lay şəklində olan pelit kürə forması alır (şəkil 2). Bu halda perlittdəki sementid kifayət qədər stabilliyə malik olur ki, o qrafit+perlitə çevrilə bilməyir. Strukturu stabilləşdirmək üçün 1%-də artıq olaraq manqan tərkibli sorbit götürülür. Sorbit də Troosit kimi incə laylı struktura malik pelitdir. Onun laylı strukturu yalnız həddən çox böyütdükdə nəzərə çarpır.
Ruellia pohlii
Senecio pohlii
Senecio pohlii (lat. Senecio pohlii) — mürəkkəbçiçəklilər fəsiləsinin xaçgülü cinsinə aid biki növü.
Veronica polita
Veronica polita (lat. Veronica polita) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin bağayarpağıkimilər fəsiləsinin bulaqotu cinsinə aid bitki növü.
Hərbi polis
Hərbi polis — polis vəzifəsini icra edən hərbi qurum. Bəzi ölkələrdə bu qrumun əməkdaşları hərbi qulluqçulara və hərbi maşınların hərəkətinə nəzarət edir. Beləki, Azərbaycana daxil olan bu ölkələrdə hərbi qulluqçuları və hərbi maşınları mülki polis və ya mülki yol polisi saxlaya bilməz lakin,əgər ictimai asayişə zərər vurarlarsa yalnız saxlayıb (ondan heç bir sənəd vəsiqə istəyə bilməz) hərbi polisə və ya hərbi yol polisinə təqdim edə bilər. Bundan əlavə həmçinin mülki polisin vəzifələrin icra edən və hərbi rejimi təyin edə bilən (müəyyən vəzifələri icra edən) Daxili Qoşunlar və ya Jandarma (Türkiyə) kimi hərbi birləşmələrdə fəaliyyət göstərir.
Medicago polia
Medicago sativa (lat. Medicago sativa) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin medicago cinsinə aid bitki növü. == Sinonimləri == Medica sativa Lam. Medicago afganica (Bordere) Vassilcz. Medicago asiatica subsp. sinensis Sinskaya Medicago beipinensis Vassilcz. Medicago grandiflora (Grossh.) Vassilcz. Medicago ladak Vassilcz. Medicago mesopotamica Vassilcz. Medicago orientalis Vassilcz.
Mehmed Polat
Mehmet Polat (türk. Mehmet Polat) — Türkiyə aktyoru. == Həyatı == Mehmet Polad 1970-ci il yanvarın 14-də Diyarbakırda anadan olub. 1982-ci ildə konservatoriyanı bitirib. "Beləmi olacaqdı" (türk. Böylemi olucaktı) adlı serialda debüt edib. Sonra "Qurdlar vadisi", "Acı həyat" kimi seriallara çəkilib.
Məhməd Polat
Mehmet Polat (türk. Mehmet Polat) — Türkiyə aktyoru. == Həyatı == Mehmet Polad 1970-ci il yanvarın 14-də Diyarbakırda anadan olub. 1982-ci ildə konservatoriyanı bitirib. "Beləmi olacaqdı" (türk. Böylemi olucaktı) adlı serialda debüt edib. Sonra "Qurdlar vadisi", "Acı həyat" kimi seriallara çəkilib.
Polis Hekayəsi
Polis əhvalatı (çin. 警察 故事 系列) altı rəsmi Honkonq cinayət hadisələri filmindən ibarətdir, rejissor Ceki Çan, Stenli Tonq, Benni Çan və Dinq Şen tərəfindən çəkilmiş və Reymond Çou, Leonard Ho, Ceki Çan, Barbi Tunq, Villiye Çan, Solon So və Yanq Du tərəfindən prodürserlik edilmişdir. İlk film Polis əhvalatı 14 Dekabr 1985-ci ildə yayımlandı. Filmin müvəffəqiyyəti beş seriala, rəsmi spin-offa (Super polis 2) və qeyri-rəsmi spin-offa (Detektiv) səbəb oldu. Çan, Amerika film bazarına girməsi üçün nəzərdə tutulan Himəyadarda rejissor Ceyms Qlikenhausla işləməkdə məyus bir təcrübədən sonra filmə başladı. İlk Polis əhvalatı filmi pərəstişkarları tərəfindən Çanın ən yaxşı filmlərindən biri hesab olunur. Asiyada böyük bir vuruş idi. Tərcümeyi-halına görə, mən Ceki Çanam, Çan filmi hərəkət və tryuk baxımından ən yaxşı hesab edir. Time Out-in kino tənqidçiləri, rejissorları, aktyorları və boyuk aktyorlar arasında keçirdiyi sorğuda ilk üç Polis Hekayəsi filmi səsləndirildi, Polis əhvalatı 4-cü, Polis əhvalatı 2 61-ci, və Super polis 75-ci sırada yer aldı.
Polis şiddəti
Polis şiddəti — vəzifə və məsuliyyət səlahiyyətini sui-istifadə edən polisin tətbiq etdiyi şiddətdir. Polisin vəzifəsi əsnasında nələr edib nələri edə bilməyəcəyi qanunlar, müdiriyyətlər və tüzüklerle təyin olunar. Bu vəziyyətin xaricinə çıxan polis şiddət tətbiq etmiş deməkdir. Bəzən münferit olaraq meydana gələ bilən bu hadisə bəzəndə polis bölməsi, ya da təhlükəsizlik müdirliyi əsasında sistemli ola bilər. Hadisələrdə polisin istifadə etdiyi həddindən artıq güc üzündən zərər çəkmişlər böyük zərər görməkdədir. Polisin şiddətə söykənən tutumu üçün polisin həddindən artıq stressli bir iş etdiyi, lazımlı təhsilin alınmadığı, qanunları bilmədikləri, psixoloji dəstək ala bilmədikləri, kafi texniki dəstəyə sahib ola bilmədikləri, dolanışıq dərdi kimi səbəblərlə bu cür hadisələrə səbəb olduqları düşünülməkdədir. Bunun xaricində bəzi siyasi səbəblərlə demokratiyanı özümsəyəməmiş polislər üzündən də bu cür hadisələr yaşandığı bilinməkdədir. Bunun yanında polisin şübhəlini qorumaq üçün bir çox dəfə çətinlik yaşadığı müşahidə edilməkdədir. Bu cür vəziyyətlərdən qoruna bilmək məqsədiylə polis təşkilatı xalqla əməkdaşlığına getməkdədir.
Polis əhvalatı
Polis əhvalatı (film, 1985)
Psevdomembranoz kolit
Psevdomembranoz kolit bağırsaq florasının müvazinətinin yatrogen olaraq antibiotik vasitəsilə pozulması nəticəsində lat. Clostridium difficile bakteriyalarının həddsiz çoxalmasından və onların ifraz etdiyi zəhərli toksinlərinin təsirindən meydana çıxmış bir hal, hərarətin qalxması, kəskin qarın ağrıları və ishal, dehidrotasiya (maye itirmə) ilə özünü büruzə verən bağırsaq iltihabıdır. == Törədicisi == lat. Clostridium difficile qrammüsbət, anaerob, adətən bağırsaq florasına aid olmasa da müayinə materialında rast gəlmə tezliyi böyüklərdə 5%, uşaqlarda 50% təşkil edir. İstənilən antibiotiklə xüsusilə də Penicillin, Ampicillin, Cephalosporin, Clindamycin, Lincosamid preparatları ilə uzun müddətli müalicə dezbaktriyoz hallarına səbəb ola bilər. lat. Clostridium difficile tərəfindən ifraz olunan toksinlər bağırsaq divarının selikli qişasını zədələyərək "vulkan püskürməsi" şəkilli fibrin ifrazına səbəb olur ki, maye itkisi ilə nəticələnən kəskin qarıngetmələrə – qanlı ishallara gətirib çıxardır. Adətən tibbdə kolonoskopiya zamanı görünən bu mənzərəni "küçə döşəmə daşlarına" bənzədirlər. == Diaqnostikası == Xəstənin şikayətləri qarın sancılarından, bəzən qanlı ishaldan, yüksək hərarətin olmasından, məye itirilməsi nəticəsində meydana çıxan halsızlıqdan ibarət olur. Ultrasəs və kompyutertomoqrafiya müayinəsində yoğun bağırsağın divarının qalınlaşması aydın müşahidə edilir.