Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Xoznavar
Xoznavar — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Gorus rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 45 km məsafədə yerləşir. Kəndin qədim adı Xaznavar, Xandzaberd olmuşdur. Toponimin ilkin, qədim formasına (Xaznavar//Xandaberd) əsasən bu qənaətə gəlirik ki, kəndin adı qədim türk tayfalarından biri olan gencək (>xazna >xandza) etnonimi ilə Azərbaycan dilində «möhkəmləndirilmiş istehkamı olan kənd», «qala» mənasında işlənən var birləşməsindən əmələ gəlmişdir. Etnotoponimdir. Mürəkkəb quruluşlu toponimdir. == Əhalisi == 1828-ci ilə kimi burada yalnız azərbaycanlılar yaşamışdır. 1828-ci il Türkmənçay müqaviləsindən sonra kəndə xaricdən köçürülən ermənilər yerləşdirilmişdir. Kənddə ermənilərlə yanaşı 1831-ci ildə 28 nəfər, 1873 - cü ildə 86 nəfər, 1897-ci ildə 180 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə kənddə yaşayan azərbaycanlılar ermənilərin təcavüzünə məruz qalaraq qırğınlarla qovulmuşdur.