Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Poliqamiya
Poliqamiya (yun. “polys” – çoxsaylı, geniş + “gamos” – nikah) – bir fərdin ikidən çox əks cinsin nümayəndəsi eyni vaxtda nikahda olmasıdır. Onun iki forması vardır – poliginiya və poliandriya. Poliginiya bir kişinin eyni zamanda bir neçə arvadla nikahda olması, poliandriya isə bir arvadın bir neçə kişi ilə nikahda olmasıdır. Poliandriya bəzi cəmiyyətlərdə olsa da çox da yayılmamışdır. Ən çox yayılmış poliginiya olmuşdur. Bunun da səbəbi cəmiyyətlərin tarix boyu patriarxal olduğundan irəli gəlir. 2. Bitkilərə münasibətdə poliqamiya eyni bir bitki üzərində, yaxud eyni növdən olan müxtəlif bitkilər üzərində ikicinsli, yaxud ayrıcinsli çiçəklərin əmələ gəlməsidir.
Qazaxıstanda poliqamiya
Qazaxıstanda çoxarvadlılıq qanunla qadağandır. Qazaxıstanda siyasətçilərin çoxarvadlılığından danışanda Qazaxıstanda bir ifadə işlədirlər: "Almatı bir arvadı olanlar üçündür, Astana çox arvadı olanlar üçün". Uzun illər Almatıda qərarlaşan hökumət 1990-cı illərin axırlarında yeni paytaxt Astanaya köçdü. İndi Almatı köhnə dövrün simvoludur, Astana yeni dövrün. Qanunla Qazaxıstanda poliqamiya, çoxarvadlılıq olmaz. Hətta məhz 90 il bundan qabaq iyunun 21-də Sovet hakimiyyəti çoxarvadlılığı qadağan etdi. Bütün Orta Asiya dövlətlərində çoxarvadlılıq cinayətdir, buna görə iki il həbs cəzası almaq olar. Ancaq Qazaxıstanda vəziyyət fərqlidir. Burda 1998-ci ildə çoxarvadlılıq cinayət məcəlləsindən çıxarıldı və artıq cinayət deyil. Bundan keçən 13 ildə çoxrvadlılıq Qazaxıstanda görünməmiş irəliləyiş edib.