Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Poltava
Poltava — Ukraynada şəhər. Vorskla Poltava futbol klubu bu şəhərin təmsilçisidir.
Eria polyura
Pinalia polyura (lat. Pinalia polyura) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin pinaliya cinsinə aid bitki növü.
Eugenia polypora
Eugenia polypora (lat. Eugenia polypora) — mərsinkimilər fəsiləsinin evgeniya cinsinə aid bitki növü.
Kolsora (Baymak)
Kolsora (başq. Ҡолсора, rus. Кульчурово) — Başqırdıstan Respublikasının Baymak rayonunda yerləşən kənd. Kənd Kolsora kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == rayon mərkəzindən (Baymak): 45 km, ən yaxın dəmiryol stansiyasından (Sibay stansiyası): 90 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (99%) üstünlük təşkil edir. == Tanınmış şəxslər == Şamsutdin Qafarov (1896—1937) — hərbi xadim, inqilabi hərəkatın üzvü, rus-polyak müharibəsinin iştirakçısı.
Pastora Soler
Pilar Sançes Luke (isp. Pilar Sánchez Luque; 28 sentyabr 1978, Koriya-del-Rio), daha çox Pastora Soler kimi tanınır (isp. Pastora Soler) — İspaniya müğənnisi, Avroviziya 2012 mahnı müsabiqəsində İspaniyanın təmsilçisi.
Poltava döyüşü
Poltava döyüşü, Şimal Müharibəsinin ən böyük döyüşü kimi 27 iyun 1709-ci ildə Poltavanın (Sol taylı Ukrayna) 6 verstliyində baş verib. Rus ordusunun həlledici qələbəsi Şimal müharibəsində dönüş nöqtəsi oldu, və İsveçin Avropada əsas hərbi qüvvə kimi mövqelərini sarsıtdı. == Ümumi məlumat == Narva döyüşündən sonra(1700) XII Karlın ordusu Avropaya soxuldu və bir çox ölkənin yer aldığı müharibə əsnasında Karlın qoşunları cənuba doğru xeyli irəlilədilər. I Pyotr XII Karldan Livoniyanı alandan və burada Sankt Peterburqun əsasını qoyandan sonra, Karl Moskvanı tutmaq məqsədi ilə Rusiyanın mərkəzinə yürüşə hazırlaşmağa başladı. Lakin əlverişsiz iqlim şəraiti Karlın bu planına əngəl oldu, və o ordusunu Moskvaya cənubdab Ukrayna vasitəsilə aparmalı oldu. Poltavaya yaxınlaşanda Karl ordusunun üçdən birini itirmişdi, onun arxalarına döyüşün lap ərəfəsində kazak və kalmıklar tərəfindən hücum edilmişdi, Karlın özü də yaralanmışdı. Döyüş gedişində isveçlilər darmadağın edildilər, Karl Osmanlıların yanına qaçdı. == Döyüş ərəfəsindəki vəziyyət == 1707-ci ilin avqustunda İsveç kralı XII Karl Saksoniyadan öz ordusu ilə Rusiyaya qarşı irəliləyərək, Belarus və Smolenskdən keçir. O Moskvanı zəbt etmək, Rusiya taxtına Polşa kralını çıxarmaq, sonra isə Rusiyanı 8 ayrı knyazlığa bölmək istəyirdi. Olduqca mobil isveçli ordusu Avropanın ən yaxşı ordusu sayılırdı.
Poltava vilayəti
Poltava vilayəti (ukr. Полтавська область, Poltavska oblast) — Ukraynada ərazi vahidi. Dnepr çayının orta hissəsinin sol sahili boyunca uzanır. Ərazi vahidinin mərkəzi olan Poltava və Kremençuk şəhərlərindən başqa böyük şəhər yoxdur. Poltavanın bir çox yerində qaz və neft yataqları vardır.
Pinalia polyura
Pinalia polyura (lat. Pinalia polyura) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin pinaliya cinsinə aid bitki növü.
Roman Pokora
Roman Pokora (22 fevral 1948 – 8 mart 2021, Lvov) — Ukraynalı futbol mütəxəssisi == Həyatı == 22 fevral 1948-ci ildə Ukraynanın Zborıv şəhərində anadan olub.
Poltva çayı
Poltva çayı (pol. Pełtew, ukr. По́лтва) — Ukraynada çay, Qərbi Buq çayının qolu. Lvov şəhəri çayın üzərində yerləşir, XIX əsrin sonlarına qədər şəhərin mərkəzindən, Şevçenko, Svoboda və Çernovolun müasir prospektlərindən keçirdi.Çayın mənbəyi Avropanın əsas su hövzəsində yerləşən "Pogulanka" şəhər parkında (dəniz səviyyəsindən təxminən 350 metr yüksəklikdə) yerləşir. Çay Baltik dənizi hövzəsinə aiddir. XIX əsrdə çay şəhər mərkəzinin altından keçən kollektorla bağlandı və Lvovun kanalizasiya sisteminin bir hissəsi oldu. Kanalizasiya uzunluğu: 1870 - 15 km, 1903 - 54 km, 1910 - 82 km, 1939 - 150 km-dən çox idi. Rostoçyanın cənub hissəsindən keçir və Busk şəhəri yaxınlığında Qərbi Buqa qovuşur.Çay bir vaxtlar çirklənmə ilə bağlı ciddi problemlərlə üzləşmişdi. Nəticədə, çay üzəri betonla örtüldü və 1839-cu ildən başlayaraq Lvovun yeraltı kanalizasiya sisteminə daxil edildi. İkinci Dünya müharibəsi zamanı yeraltı çay nasist zorakılığından qaçan yəhudilər üçün sığınacaq kimi istifadə olunurdu.
Vorskla Poltava FK
Vorskla Poltava FK — Ukraynada futbol klubu. Ukrayna Premyer Liqasında çıxış edir və Poltava şəhərini təmsil edir. Klubun sponsoru Ferrexpo şirkətidir. Klubun əvvəlki sponsorlarından biri də Naftoqaz olub. == Tarixi == Klubun yaranma tarixi Poltava şəhərində 1955-ci ildə Kolhospnyk adlı futbol klubunun yaranması ilə bağlıdır. 1957-ci ildə bu klub peşəkar futbol klubuna çevrildi və SSRİ çempionatının 3-cü liqasında iştirak etmək hüququ qazandı. Lakin 1982-ci ildə klub iflasa uğradı və fəaliyyətini dayandırdı. 1983-cü ildə bir çox futbolçular Poltavadakı digər futbol klubu Kooperator klubuna keçərək orada oynamağa başladılar. İflasa uğramış klub 1984-cü ildə yenidən fəaliyyətə başladı və adını dəyişərək Poltava şəhərindən axan Vorskla çayının adına adlanmağa başladı. 1986-cı ildə Vorskla iflasa uğrayana qədər çıxış etdiyi Sovet üçüncü liqasına yenidən qayıtdı.
Poltava İncəsənət Muzeyi
Poltava İncəsənət Muzeyi» (ukr. Полтавський художній музей) — Poltava şəhərində yerləşən dövlət muzeyi. Kolleksiyada sənət əsərləri ilə yanaşı, böyük etnoqrafik eksponatlarda var. Ünvan: Poltava, Avropa küçəsi, 5. == Muzeyin tarixi == Muzeyin əsası 1917-ci ildə Poltavaya gələn səyahətçi-rəssam N. A. Yaroşenkonun doğma şəhərinə bağışladığı kolleksiyasına əsaslanır. Buraya rəssamın özünün 100 rəsm əsəri və 23 iş albomu, habelə Səyahət İncəsənət Sərgiləri Assosiasiyasından olan dostları və həmkarlarının, xüsusən İvan Şişkin, Vasili Polenov, Vladimir Makovski, İlya Repin, Vasili Maksimov və başqalarının əsasərləri daxildir. Poltava İncəsənət Muzeyi 27 aprel 1919-cu ildə açılır və əvvəlcə rəsm qalereyası statusuna sahib olur. Onun qurucusu, sonralar məşhur ukraynalı arxeoloq və muzeyoloq olan Mixail Yakovleviç Rudinski onu "İncəsənət Muzeyi" adlandırdı. Muzeyin qurulması haqqında qərar Poltava vilayətində qədim abidələrin və incəsənətin mühafizəsi komitəsinin təşkilindən sonra həyata kreçirilir. Torpaq sahibi Bolyubaşın 1912-ci ildə məşhur memar Pavel Alyoşinin layihəsi ilə tikilmiş və Poltavanın sakit guşəsində, Spaska küçəsi, 11 ünvanında yerləşən keçmiş malikanəsi muzeyin binasına çevrilir.
Plora pavilyonu
Flora pavilyonu (fr. Pavillon de Flore) — Parisdə yerləşən Luvr sarayının bir hissəsi olmaqla Kral körpüsünün yanında yerləşir. 1607-1610-cu illərdə kral IV Henrixin sifarişi ilə inşa edilmiş pavilyon Tüliri və Luvr sarayları arasında keçid kimi nəzərdə tutulmaqla Tüliri sarayının şimalında, Luvr sarayının Böyük qalereyasının isə şərqində yerləşir.1864-1868-ci illərdə pavilyon Hektor Lefuel tərəfində III Napoleon stilində tamamilə yenidən qurulmuşdur. Luvr sarayının fasadındakı ən məşhur heykəl hesab edilən Jan-Batist Karponun “Floranın triumfu” heykəli pavilyonun cənub fasadının mərkəzi frontonuna həmin dövrdə əlavə edilmişdir. 1871-ci ildə Tüliri sarayı Paris Kommunası tərəfindən yandırılmış, bundan sonra 1874-1879-cu illərdə Lefuel tərəfindən pavilyona cənub pavilyonuna bənzər şimal pavilyonu əlavə edilmişdir. Hazırda Flora pavilyonu Luvr muzeyinin tərkibinə daxildir. == Yerləşməsi == Flora pavilyonu Luvr sarayına bitişik, Parisin Mərkəzində, Sena çayının sağ sahilində (fr. Rive Droite) yerləşir. Pavilyon, Leopold Sedar Senqor körpüsü və Karruzel körpüsü arasında yerləşən və Fransua Mitteran səddinə (əvvəllər Luvr səddi adlandırılmış, 26 oktyabr 2003-cü ildə adı dəyişdirilmişdir) birləşən Kral körpüsünün düz yanındadır. == Tarixi == === IV Henrix və böyük dizayn === Flora pavilyonu IV Henrix dövründə hazırlanmış və Luvr sarayı ilə Tüliri sarayını inşa ediləcək iki böyük qanad vasitəsiylə birləşdirməyi nəzərdə tutan geniş planın tərkibinə daxil idi.