Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Polder
Polder —( holl. polders - bəndlə əhatələnmiş sahə ) Niderland, Danimarka, Almaniya, ABŞ, Polşa və Yaponiyanın okean və dəniz səviyyəsindən alçaqda yerləşən ovalıqların qurudulmuş və mənimsənilmiş sahəsi. Bu ərazilər əvvəllər dənizin dibi olmuşdur. Sonralar bu ərazilərdəki sular qurudulmuş və antropogen mənşəli düzənliklər yaradılmışdır. Polderlərdə suyun səviyyəsi drenaj və dənizin və çayların basmasından süni tirələr, bəndlər, dambalar ilə qorunur. Bu torpaqlar yüksək məhsuldarlığı ilə seçilən ərazilərdir.
Otto Hölder
Otto Lüdviq Hölder (22 dekabr 1859, Ştutqart – 29 avqust 1937, Leypsiq) — Ştutqartda doğulmuş alman riyaziyyatçı. Ən məşhur çalışmaları arasında: Hölder bərabərsizliyi və Cordan–Hölder teoremi vardır.
Aleksandr Kolder
Aleksandr Kolder — (23 avqust 1846 – 4 iyun 1923) Amerikalı heykəltəraş. == Həyatı == Kolder 1846-cı il 24 avqustda Şotlandiyanın Aberdin şəhərində anadan olub. O, Edinburqdakı Kral Akademiyasında oxuduğu müddətdə heykəltəraş Con Rayndın yanında işləyib. Daha sonra Kolder Londona köçüb. 1868-ci ildə ABŞ-yə geri qayıdıb və Filadelfiyada məskunlaşıb. == Karyerası == 1873-cü ildə o memar Con Mark Arturun yanında işə başlayıb. 1875-ci ildə Siti Holu qülləsində Vilyam Penin bürünc heykəlini hazırlayıb. Hazırladığı bu əsərlə müsabiqəyə qatılıb və qalib gəlib. Bu heykəl dünyada bugünə qədər bina üzərində hazırlanan ən böyük əsər olaraq bilinir.
When I Was Older
"When I Was Older" — amerikalı müğənni Billi Aylişin mahnısı. Meksikalı rejissor Alfonso Kuaronun 2018-ci ildə çəkdiyi "Roma" filminin soundtrekində yer alıb. Mahnı 9 yanvar 2019-cu ildə Sony Masterworks tərəfindən sinql kimi buraxılıb. Mahnı sonralar onun ilk studiya albomu "When We All Fall Asleep, Where Do We Go?"nun delüks versiyasına daxil edilib.
Kalder
Kaldera (isp. Caldera; "yemək qazanı") və ya kalder — vulkanın zirvəsinin və ya bəzən ona bitişik olan sahənin bir hissəsinin uçması zamanı əmələ gələn az və ya çox dərəcədə düz dibli, dik divarlı sirkvari oval və ya dairəvi çuxur. Kaldera eninə ölçüləri 10–15 km-ə, dərinliyi isə bir-neçə 100 m-ə çatır. Belə güman olunur ki, vulkan boğazından və ya çatdan partlayış zamanı külli miqdarda maqma püskürür. Bu zaman vulkan kamerasının daha dərin mənbələrdən gələn materiallarla dolmasına nisbətən, onun enməsi daha sürətlə gedir və vulkanın tavanı dayaq nöqtəsini itirərək uçur, yer səthində kaldera əmələ gəlir. Kraterdən mənşəyinə və böyük ölçülərinə görə fərqlənir. Vilyams qeyd edir ki, kraterin diametri əsasən 1–1,5 km olduğu halda, bir çox kaldera diametri 8 km-dən 15 km və daha böyük olur. Kaldera təsnifatı onların formasına və genezisinə əsaslanmışdır. Ritman, 1964, aşağıdakı kaldera tiplərini ayırır: zirvə kalderası (və ya nəhəng kraterlər), nəhəng eksploziv püskürmələr nəticəsində əmələ gələn monogen kaldera, bir sıra ardıcıl püskürmələr nəticəsində əmələ gələn poligen kaldera. Kalderanın əmələ gəlməsi haqqında iki fərziyyə məlumdur: Eşerə görə, kaldera maqmatik ocağın yalnız böyük dərinlikdə, Vilyamsa görə isə, yalnız az dərinlikdə yerləşməsi nəticəsində əmələ gələ bilər.
Molyer
Jan Batist Poklen və ya sadəcə Molyer (fr. Jean Baptiste Poquelin, dit Molière; 15 yanvar 1622[…], Paris – 17 fevral 1673[…], Paris) - böyük fransız komediya yazarı, Fransa və Qərbi Avropa ədəbiyyatında klassik komediya janrının banisi. Fransız dramaturqu, aktyor, teatr xadimi Jan Batist Molyer 1622-ci ildə Parisdə saray xidmətçisi Jan Poklenin ailəsində doğulmuşdur. 1639-cu ildə Klermon kollecini bitirmişdir. Dünyagörüşünə fransız materialist filosofu P.Qassendinin təlimi güclü təsir göstərmişdir. Gənc yaşlarında həyatını teatrla bağlamış, 1643-cü ildə "Parlaq teatr" truppasını yaratmışdır. Lakin Parisdə müvəffəqiyyət qazanmayan truppa 12 il (1645-1658) əyalət şəhərlərini gəzib dolaşmış, yalnız 1659-cu ildə xoşbəxt bir təsadüf nəticəsində paytaxta qayıda bilmişdir. Bu müddət ərzində Molyer xalq həyatını dərindən öyrənmiş, gələcək əsərləri üçün zəngin material toplamışdır. Yaradıcılığa truppası üçün xalq farsları səpgisində yazdığı şən əhval-ruhiyyəli komediyalarla ("Barbulyanın qısqanclığı", "Uçan təbib") başlamışdır. Dünya dramaturgiyasının şah əsərləri sayılan "Tartüf", "Kişilərə ibrət dərsi", "Qadınlara ibrət dərsi", "İstəksiz nikah", "Zorən təbib", "Mizantrop" və s.
Poldəşt
Puldəşt (və ya Ərəblər) (fars. پلدشت‎) — İranın Qərbi Azərbaycan ostanının şəhərlərindəndir və Puldəşt şəhristanının inzibati mərkəzidir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 8,584 nəfər və 2,205 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar. Şəhərin əski adı Ərəblər olsa da sonradan 1938-ci ildə farslaşdırılaraq Puldəşt adı verilmişdir. Hazırkı rəsmi adı olan Puldəşt farsca "körpü" mənasını verən "pul", və "düz, düzənlik, çöl" mənalarını verən "dəşt" sözlərindən ibarətdir; adın mənası "körpü yanında yerləşən düzənlik" kimi açıqlana bilər. Puldəşt şəhərinin yerləşdiyi Puldəşt şəhristanı Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasının Babək, Kəngərli və Şərur rayonları ilə həmsərhəddir.
Polimer
Polimerlər yunanca "poli" – cox, "meros" – hissəcik deməkdir — çoxlu sayda təkrarlanan hissəciklərdən ibarət olan yüksəkmolekullu birləşmələrdir. Polimerləri təşkil edən bu hissəciklər elementar quruluş vahidləri adlandırılır. Bu elementar quruluş vahidlərinə müvafiq gələn, polimerlərin sintez edilməsi üçün sərf edilən ən azı bifunksional maddələrə və ya polimeri təşkil edən hər bir zərrəciyə monomerlər deyilir. Polimerlər öz xassələrinə görə alındıqları monomerlərdən kəskin fərqlənir. Bu isə polimerlərə müstəqil maddələr kimi baxmağa imkan verir. Polimerlər bərk və maye aqreqat hallarında olur. Kiçik molekullu birləşmələrdən fərqli olaraq onlar qaz halında olmurlar. Buna səbəb böyük molyar kütləyə malik makromelekullar arasında çoxlu sayda qarşılıqlı cazibə qüvvələrinin olmasıdır. Makromolekulları bir-birindən ayırmaq üçün polimeri çox yüksək temperatura qədər qızdırmaq tələb olunur. Bu temperatura davam gətirməyən polimer qaynama temperaturuna çatmamış parçalanır, yəni destruksiyaya uğrayır.
Poster
Poster, plakat (fr. placard) və ya afişa (fr. affiche) — bir şey elan etmək və ya xud tanıtmaq üçün hazırlanmış, kütlənin görə biləcəyi bir yerə asılmış, ümumiyyətlə rəsmli divar elanıdır,şəkilidir. XIX əsrin 2-ci yarısına qədər posterlərə yalnız reklam xarakteri daşıyan plakatlar kimi yanaşırdılar. Almaniyada XVI əsrdə reformasiya zamanı agitasiya xarakterli uçan vərəqlər adlandırılan posterlər işlənirdi. Fransada XVIII əsrdə siyasi xarakter daşıyan posterlər işlənirdi.
Çöllər
Çöl — əsasən düzənlik və alçaq təpəliklərdən ibarət olmaqla Yerin meşə zolağından cənuba doğru başlayır. Əsasən kserofil və mezokserofil ot bitkilərindən ibarət meşəsiz ərazidir. Çöllər üçün qara və şabalıdı torpaq səciyyəvidir. Çöllərin bitkiləri başlıca olaraq ağ ot, dovşanotu və s. dənli bitkilərdən ibarətdir. Heyvanlardan çöllərdə gəmiricilər daha çox yayılmışdır. Çöl əsasən mülayim qurşaqlarda yerləşir.Bu ərazilərin əsas heyvan növlərinə mülayim və subtropik enliklərdə antilop,dəvə,sürünənlərdən kərtənkələ,ilan,həşəratlardan isə əqrəb aiddir.Çöllərdə ot örtüyü üstünlük təşkil edir..
Den-Helder
Den Helder — Şimali Hollandiyada şəhər və bələdiyyə idarəsi. Şəhər Şimali Hollandiya kontinentalının ən şimal nöqtəsidir. Şəhər həm də ölkənin əsas dəniz bazasına ev sahibliyi edir. Buradan Royal TESO bərə xidməti Den Helder ilə şimaldakı Hollandiyanın yaxınlıqdakı Wadden Texel adası arasında nəqliyyat əlaqələrini təmin edir.
Divanxana (Poldəşt)
Divanxana (fars. ديوانخانه‎) — İranın Qərbi Azərbaycan ostanının Poldəşt şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 532 nəfər yaşayır (105 ailə).
Dəylankəndi (Poldəşt)
Dəylankəndi (fars. دايلان كندي‎) — İranın Qərbi Azərbaycan ostanının Puldəşt şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 965 nəfər yaşayır (180 ailə).
Eleanor Porter
Eşqabad (Poldəşt)
Eşqabad (fars. عشق اباد‎) — İranın Qərbi Azərbaycan ostanının Poldəşt şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 278 nəfər yaşayır (65 ailə).
Folker Finke
Folker Finke (d. 24 mart 1948) - alman futbol mütəxəssisi. Hal-hazırda Kamerun milli futbol komandasının baş məşqçisidir. O, 16 il ərzində "Frayburq" futbol klubuna baş məşqçilik etmişdir. 6 dekabr 2008-ci ildə Yaponiyanın "Urava Red Daymondz" klubu Finkenin baş məqçisi kimi cəlb olunduğu və onunla 2010-cu ilə qədər müqavilə imzalandığını elan etmişdir. 18 dekabr 2010-cu ildə Finke 1 fevral 2011-ci il tarixindən etibarən "Köln"nun yeni idman direktoru kimi fəaliyyət göstərəcəyi barədə mətbuata açıqlama verilmişdir. 27 aprel 2011-ci ildə o, mövsümün sonuna kimi komandaya müvəqqəti məşqçilik etmişdir. 10 mart 2012-ci ildə "Köln" "Herta" üzərikdəki 1-0 hesablı qələbədən sonra qarşılıqlı razılaşma əsasında Finke ilə müqaviləni pozmuşdur. 22 may 2013-cü ildə Finke Kamerun milli futbol komandasının baş məqçisi təyin olunmuşdur. Folker Finke bu vəzifədə kamerunlu futbolçuları 2014-cü ildə Braziliyada keçiriləcək mundiala hazırlamalı idi.
Frans Qalder
Frans Qalder (alm. Franz Halder‎; 30 iyun 1884[…], Vürtsburq, Bavariya – 2 aprel 1972[…]) — alman hərb xadimi, general-polkovnik, 1938–1942-ci illərdə Vermaxtın quru qoşunları Baş qərargahının (Oberkommando des Heeres) rəisi.
Fredrik Sölner
Fredrik Sölner (alm. Johann Karl Friedrich Zöllner‎) - Alman astrofizik və alim.
Golden Billion
Qızıl milyard (rus. золотой миллиард, ing. Golden billion) — qeyri-müəyyən (müəyyən edilməmiş) elitaların sərvət toplamaq və adi insanların həyatını məhv etmək üçün iplər çəkdiyi bir sui-qəsd nəzəriyyəsidir.
Golden Boy
Qızıl oğlan — idman yazarları tərəfindən Avropadakı gənc oyunçulara verilən bir mükafatdır. 2003-cü ildə italyan idman qəzeti Tuttosport tərəfindən qurulmuşdur. Mükafata namizəd olan futbolçular 21 yaşın altında və Avropada yüksək səviyyəli klublarda oynamaq məcburiyyətindədir. Bu mükafat 2003-cü ildən italyan idman qəzeti olan Tuttosport tərəfindən mükafatçılara verilir. Seçimlərdə səsvermə hüququna Bild (Almaniya), Blick (İsveçrə), A Bola (Portuqaliya), l'Équipe (Fransa), France Football (Fransa), Marca (İspaniya), El Mundo Deportivo (İspaniya), Ta Nea (Yunanıstan), Sport Express (Rusiya), De Telegraaf (Hollandiya), and The Times (Böyük Britaniya) qəzetləri malikdir.
Golden Foot
Beynəlxalq futbol mükafatı olan Qızıl Ayaq futbol liqalarında mövsüm ərzində ən parlaq çıxış etmiş və şəxsi keyfiyyətləri nəzərə alınaraq sahibinə təqdim edilən mükafatdır. Mükafatın təqdim olunduğu futbolçu ən azı 28 yaşında olmalıdır və bu ona yalnız bir dəfə təqdim edilə bilər. Mükafata namizəd 10 futbolçu ilk öncə 28 yaş kriteriyası və hələdə oynaması nəzərə alınmaqla beynəlxalq jurnalistlər tərəfindən seçilir. Daha sonra isə səsvermə internet üzərində səsvermə yolu ilə keçirilir ki, burada da hər kəs iştirak edə bilər. Mükafatın qalibi qəlib üzərində öz ayaq izini "The Champions Promenade" adlanan yerdə həkk edir. Bu məkan Monako knyazlığında yerləşir. 2009-cu ildən başlayaraq Qızıl Ayaq tədbirində xeyriyyə tədbiri təşkil edilməkdədir. Auksion tədbirin baş tutduğu Paris otelində keçirilir və burada QİÇS əleyhinə pul toplanır.
Golden Harvest
Orange Sky Golden Harvest (çin. 嘉禾娛樂有限公司; — «qızıl məhsul») — Honkonq kinoşirkəti. Brüs Li, Ceki Çan kimi Honqonk kino ustalarının simasında dünyaya açılmışdır. İlk filmi 1973-cü ildə Warner Bros. ilə birlikdə çəkdiyi Əjdahanın çıxışı filmi olmuşdur.
Göllər (Əhər)
Göllər (fars. گل لر‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 146 nəfər yaşayır (28 ailə).
Harri Potter
«Harri Potter» (ing. «Harry Potter») — ingilis qadın yazıçı Coan Ketlin Roulinq tərəfindən yazılmış yeddi roman və onun əsasında çəkilmiş filmlər seriyasıdır. Səkkizinci kitab isə teatrdan kitaba uyğunlaşdırılmışdır. Dünyada çap olunmasına və satışına görə böyük rekordlara imza atmışdır. Seriyanın yeddinci kitabı ABŞ-də 8,5 milyonluq böyük bir satış gəlirinə sahib olaraq böyük bir rekord əldə etmişdir. Seriyanın kitabları "Dünyanın ən tez satılan kitabı" və "Dünyanın ən çox satılan uşaq romanı" adını hələ də əlində saxlayır. Roman uşaqlar üçün nəzərdə tutulsa da, böyüklərin də diqqətini çəkmişdir. Harri Potter 10 il müddətində sevmədiyi qohumları: xalası Petunia, xalasının əri Vernon və onların axmaq övladı Dadli Dörzli ilə yaşamağa məcbur olur. Valideynlərinin yol qəzasında öldüyünü zənn edən Harri gerçəyi Hoqvartsda gözətçi işləyən Rubeus Haqrid tərəfindən öyrənir. Harrinin anası Lili və atası Ceyms Potter düşmənləri Voldemort tərəfindən öldürülmüşdür.
Holden Kolfild
Holden Kolfild (ing. Holden Caulfield) - amerikan yazıçı Cerom Selincerin Çovdarlıqda uçurumdan qoruyan adlı romanının əsas qəhrəmanı. Bu obraz gənclərin etirazının və nonkomformizminin əsas simvoluna çevrilmişdir. Bu adda personaj ilk dəfə olaraq Selincerin 1941-ci ildə yazdığı və The New Yorker qəzetində yayımlanan "Are You Banging Your Head Against a Wall?" hekayəsində yer almışdır. Bundan sonra isə 1946-cı ildə yazılmış "Medison prospektində yüngül qiyam" adlı hekayədə də Holden Kolfild obrazı peyda olmuşdur. Bu hekayədə Holdenin Sally Hayes ilə qaçmaq istəyi, Carl Luce ilə içməsi və sərxoş olduqdan sonra Salliyə zəng açmasından bəhs olunur. Sonradan isə bu hekayə müəllif tərəfindən daha da təkmilləşdirilərək romanın 17-ci bölməsini təşkil etmişdir. Yaxşı təminatlı və imtiyazlı bir həyat üçün doğulmuş Kolfild, özünün də yaşadığı elitar mühitə xor baxır. O, yaşadığı cəmiyyətin dəyər anlayışına şübhə ilə yanaşır və bəzən də cəmiyyət tərəfindən qəbul olunmuş davranış qaydalarını rədd edir. Holdenin əsas xarakterik xüsusiyyətləri diqqətcillik, öz-özünü təhlil etmə, acıdillilik və kinayədir.
Holger Pedersen
Holger Pedersen(dan. Holger Pedersen; 7 aprel 1867[…] – 25 oktyabr 1953[…], Hellerup[d]) — danimarkalı dilçi. Holger Pedersen 1867-ci ildə Gelball Koldinqdə anadan olmuşdur. Türkologiyada əski Türk yazılanın araşdırmaqla tanınmışdır. Alim slavyan dilləri üzərində də tədqiqat aparmışdır. Hind-avropa dilləri ilə bağlı araşdırmalarının müəllifidir. Pedersen hind-avropa dillərinin fonetikasına. Hind toxar, kelt və erməni dillərinə aid əsərlər yazmışdır. Onun “Vergleichende Grammatik der keltischen Sprachen” (ikicildlik, 1908- 1911), “Albanische Texte mit Glossar” (1895) “Russische Grammatik” (1916) və s. əsərləri məşhurdur.