Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Poyasok bərzəxi
Poyasok bərzəxi — Bərzəx Saxalin adasının mərkəzinə yaxın cənub hissəsində yerləşir. Bərzəx adanı onun cənubu olan «quyruq» adlanan hissəsi ilə birləşdirir. Qərbdən Yapon dənizi (Tatar boğazı), şərqdən Oxot dənizini (Terpeniya körfəzi) ayırır. Ən ensiz yeri 26-27 kilometrdir. Bərzəx seysmiklik baxımından aktiv zonada yerləşir. Burada 5,3 - 6,3 bal arası zəlzələlər olur. Bərzəx əsasən təpəlik ərazilərdən ibarətdir. Bərzəxin cənubundan hündürlüyü 1000 metrə çatan Cənubi-Kamışovıy silsiləsi keçir.
Tomazo Albinoni
Tomazo Albinoni (it. Tomaso Albinoni; 8 iyun 1671[…], Venesiya[…] – 17 yanvar 1751[…], Venesiya) — İtaliyalı bəstəkar. Tomazo Albinoni 1671-ci ilin 8 iyun tarixində İtaliyanın Venesiya şəhərində varlı ailədə anadan olmuşdur. Albinoni maddi baxımdan çətinlik çəkmədiyindən musiqi ilə tez-tez məşğul olurdu. Ailədə ən böyük övlad olması, atasının ölümündən sonra ailə daxili və xarici münasibətləri nizamlamaq üçün ailə şirkətinə rəhbərlik etməyə başlamışdır. Albinoni Dilettante Veneto adlı gənc musiqiçi ilə öz musiqi fəaliyyətinə başlamışdır. Albinoni opera müğənnisi Marqarita Raimondi ilə evlənmişdir. 1721-ci ildə Tomazo Albinoninin xanımı Marqarita Raimondinin vəfat etməsi, ona pis təsir etmişdir. 1740-cı illərdə Fransada Albinonin skripka sonatalarından ibarət musiqi kitabı nəşr olunmuşdur. Kitabın ön səhifəsində müəllifin 1741-ci ildə vəfat etdiyi göstərilmişdir.
Pomak dili
Pomak dili — Hind-Avropa dil ailəsinin slavyan dili qrupunun cənub slavyan yarımqrupuna daxil olan pomakların dili. Bolqar dilinə çox yaxındır.