Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kometa
Kometa və ya Quyruqlu ulduz (q.yun. κομήτης, komḗtēs, tərc. uzun saçlı) — Günəş Sisteminin kiçik cisimlərindən biri. Kosmik fəzada təsadüf edilən müxtəlif ölçülü cisimlər olub, toz və qazdan ibarət "quyruğa" malikdirlər. Çox zaman Günəş ətrafında fırlanırlar. Kometalar Günəş sisteminin kiçik cisimləridir. Onlar olduqca sıxılmış orbit boyunca hərəkət edirlər və Günəşə yaxınlaşdıqca formalarını kəskin dəyişirlər. Kometalar Günəşdən uzaq məsafədə olduqca dumanlı, zəif işıqlanan obyekt kimi görünürlər. Günəşə yaxınlaşdıqca əks tərəfə yönəlmiş "quyruğu" yaranır. Kometa yunanca "kometos" sözündən olub, "quyruqlu ulduz" deməkdir.
Polett Qoddar
Polett Qoddar (ing. Paulette Goddard) — ABŞ aktrisası və prodüser. == Həyatı == Polett Qoddar (əsl adı: Marion Polin Levi) 3 iyun 1910-cu ildə Nyu-Yorkda anadan olmuşdur. O, "Hal Roach Studios"la müqavilə imzalayır və "İspaniyadan olan uşaq" filminə çəkilir. 1932-ci ildə o, Çarli Çaplinlə tanış olur. Bir müddət keçmiş Çaplin Qoddarla birlikdə filmlər çəkməyi planlaşdırır. Beləliklə 1936-cı ildə "Yeni zamanlar" filmi meydana gəlir. Polett hətta az da olsa "Samuel Goldwyn Productions" şirkətində də bir neçə ekran əsərində çəkilir. Bu zaman ərzində o, Çarli Çaplinlə birlikdə onun Beverli Hillsdəki evində yaşayır. Onların evlilik statusu olur və 1936-cı ildə Çində ailə həyatı qururlar.
Kometa (film)
Kometa (ing. Comet) — 2014-cü il ABŞ istehsalı romantik, komediya-dram filmi. Rejissoru və ssenari müəllifi Sem Esmeyldir. Baş rollarda Emmi Rossum və Castin Lonq çəkilib. Film paralel dünyada cərəyan edir, quyruqlu ulduzun düşdüyü gündə tanış olan cütlüyün altı illik münasibətindən bəhs edir. Filmdə onların eşq hekayəsi xronoloji ardıcıllıq olmadan səhnədən-səhnəyə sıçramış şəkildə göstərilir. == İstinadlar == == Xarici keçidlər == Comet — Internet Movie Database saytında.