Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Momolika
Momolika (lat. Mormolyca) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinə aid bitki cinsi.
Kamenes-Podolska qalası
Kamyanets-Podilskıy qalası, (ukraynca: Кам'янець-Подільська фортеця, polyakca: Stary Zamek w Kamieńcu Podolskim) hal-hazırda Ukraynanın Kamyanets-Podilskıy şəhərində yerləşən tarixi Polşa qalasıdır. 1672–1699-cu illər arasında 27 il ərzində Osmanlı İmperiyasının Kamaniçe əyalətinin mərkəzi olmuşdur. Qala haqqında ilk məlumatlar 14-cü yüzilliyə aiddir. O vaxtlar bölgə Böyük Litva knyazlığının idarəçiliyində idi. Qala 14–18-ci yüzillikdə Reç Pospolita, Osmanlı və Rusiya Çarlığı maraq dairəsində olmuşdur. 1672-ci ildə Osmanlı padşahı IV. Mehmet 300.000-lik əsgər ilə qalanı işğal etmişdir. Osmanlı imperiyasına 40.000-lik kırım və kazak əsgərləri kömək etmişdir. 18 avqust 1672-ci ildə qala Osmanlı imperiyasına təslim oldu. Ancaq 27 il sonra Osmanlı-Müqəddəs İttifaq müharibəsində Osmanlı dövləti müharibəni uduzaraq, Karlovitsa müqaviləsini imzalayaraq, qalanı Reç Pospolitaya təslim etdi. Qala 18-ci əsrdən həbsxana olaraq istifadə olunmağa başladı.