Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Posadnıy
Posadnıy — Şərqi Sibir dənizində yerləşən Anju adaları qrupuna daxil olan elədə böyük olmayan ada. İnzibati cəhətdən Yakutiyanın Bulunski ulusu ərazisinə daxildir. Bunqe Torpağı yarımadasının cənub-qərb qutaracağı yaxınlığında, Malıginsev buxtasının girəcəyində, Sannikov boğazında yerləşir. Qərbdən şərqə uzanmış formadadır. Maksimal hündürlüyü 2 metr təşkil edir. Ada çoxlu sayda qollarda bölünmüşdür. Qumla örtülmüşdür.
Poputnıy adası
Poputnıy adası — Şimal Torpağı arxipelaqında yerəşən ada. Taymır Dolqan-Nenes rayonu Krasnoyarsk diyarı ərazisinə daxildir. Ən hündür nöqtəsi 29 metr təşkil edir. Pioner adasının şimal sahillərindən 650 m aralıda yerləşir. Ada Pioner adasınln sahili boyunca 4 km məsafədə uzanır. Eni 1,4 km təşkil edir. Buzdan tam azaddır. Mərkəzi hissəsində hündürlüyü 29 metrdir. Sahilləri sıldırımlıdır. Burada hündürlük 4-8 metr arasında dəyişir.
Pontiy Pilat
Ponti Pilat (lat. Pontius Pilatus) — Yəhudi əyalətinin V prefekti, Suvarilər rəisi. İosiv Flaviy və Taçit onu prokurator adlandırsalar da 1961 ci ildə aşkar edilmiş, Pilatın yaşıdı olan Kesari yazısında göstərilir ki, 6-41 ci illərdə o, prefekt vəzifəsini daşımışdır. Əhdi-Cədidə görə sinedrionun (dini şuranın) başçısı Kaiafanın təkidinə baxmayaraq, Ponti Pilat məhkəmədə İsaya ölüm hökmü verməkdən üç dəfə çəkinmişdir. Pilatın həyat yoldaşı Klavdiya Prokula İsanın yuxusunda ona əzab verdiyini söyləyərək onu öldürməməyi ərindən israrla xahiş edir.Buna görə də bəzi xristian təriqətlərində onun adı - Klavdiya Prokula əziz tutulur. “Onlar bağırırdılar: Onu çarmıxa! Çarmıxa! O, üçüncü dəfə onlara dedi: O nə bəd iş görmüşdür? mən Onu öldürmək üçün heç bir səbəb görmürəm ki, Onu cəzalandırım, buraxacağam. Lakin onlar gurultu ilə bağırırdılar ki, o, çarmıxa çəkilsin; və rahibin çığırtıları da onlara qatışmışdır.