Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Poruçik
Poruçik (rus. поручик, pol. porucznik, çex. poručík) — kiçik zabit heyətində hərbi rütbə.
Andraş Töröçik
Andraş Töröçik (mac. Törőcsik András; 1 may 1955, Budapeşt, Macarıstan – 9 iyul 2022) — hücumçu mövqeyində çıxış etmiş keçmiş Macarıstan futbolçusu. Ləqəbləri – Törö və Kese. Andraş Töröçik ən çox "Uypeşt-Doja" futbol klubundakı performasına görə tanınır. 1978-ci il FİFA Dünya Kuboku və 1982-ci il FİFA Dünya Kubokunun final mərhələsində Macarıstan milli futbol komandasında çıxış etmişdir. == Karyera == === Klub === Andraş Töröçik 12 yaşında ikən "Vaşutaş" futbol klubunun heyətini qoşulmuşdur ki, o, burada düz 7 il çıxış etmişdir. O, 1974-cü ilin yayında Macarıstanın paytaxtı Budapeşt şəhərini təmsil edən "Uypeşt-Doja" futbol klubuna transfer olunmuşdur. Yaxşı texnikası, vurduğu qollar və rəqibə gözlənilməz təhlükə yaratmaq bacarıqlarına görə Andraş Töröçik çox keçmədən komandanın liderlərindən birinə çevrilmişdir. "Uypeşt" futbol komandasının heyətində çıxış etdiyi dövrdə Andraş Töröçik Futbol üzrə Macarıstan Çempionatında üç dəfə birincilik yaşamış, bir dəfə isə Futbol üzrə Macarıstan Kubokunu qazanmışdır. "France Football" jurnalına görə Andraş Töröçik iki dəfə – 1977-ci ildə və 1981-ci ildə Avropanın ən yaxşı futbolçuları arasında yer tutmuşdur.
Nakaqava Qoroci
Nakaqava Qoroci (中川五郎治, 1768 – 23 oktyabr 1848) – bir müddət Rusiyada yaşamış və Yaponiyaya çiçək xəstəliyi vaksinasiyasını gətirmiş şəxs. == Həyatı == Nakaqava Qoroci 1768-ci ildə Yaponiyada doğulmuşdur. 1807-ci ildə Cənubi Kuril adalarında mühafizəçi və tərcüməçi kimi işləyərkən Rusiya basqınçıları tərəfindən qaçırılmış və Sibirə aparılmışdır. O, növbəti beş ilini Rusiyada keçirmişdir. Bu müddət ərzində İrkutsk şəhərində olmuş, Yaponiya haqqında olan xəritələri və sənədləri gizlicə məhv etmişdir. Yakutskda həkim köməkçisi kimi işləyərkən çiçək xəstəliyi vaksininin effektləri ilə tanış olmuşdur.1812-ci ildə rus səyyah Vasili Qolovnin ilə birlikdə Yaponiyaya səyahət etmişdir. Qolovnin Kunaşir adasında olanda yaponlar tərəfindən əsir götürülmüş və nəticədə, Nakaqava azadlığına qovuşmuşdur. O, Rusiya haqqında hesabat yazmış və 1824, 1835 və 1842-ci illərdə Yaponiyada baş vermiş çiçək xəstəliyi epidemiyaları zamanı Rusiyada əldə etdiyi tibbi biliklərdən istifadə etmişdir. Daha sonra Matsumae hanı tərəfindən işə götürülmüşdür. == Qeydlər == == İstinadlar == == Ədəbiyyat == Kodansha Encyclopedia of Japan (ingiliscə).
Oroçi dili
Oroçi dili — Oroçilərin dili. Tunqus-mancur dillərinə yaxın olaraq nanay və udegey dillərinə yaxındır. Rusiyanın Xabarovsk vilayətinin Komsomolsk, Sovetski-Qavanski, Uliç rayonlarında yayılmışdır. 2010-cu il ümumrusiya siyahıya alınmasına görə oroçi dilində danışanların sayı 8 nəfərdir. == Oroçii dili əlifbası == Oroçi əlifbası indiyə kimi qərarlaşmayıb: müxtəlif nəşrlərdə müxtəlif variantlar göstərilir, 2002-ci il variantı: Xabarovskda 2010-cu ildə buraxılan "Орочи кэсэни" elektron kitabında həmçinin К' к' hərfləri və uzun saitlər üçün makronlar da göstərilir. == Həmçinin bax == Kiril qrafikalı əlifbalı dillər siyahısı == Mənbə == ЮНЕСКО — Орочский язык Arxivləşdirilib 2009-06-02 at the Wayback Machine C. Леонтович. Краткий русско-ороченский словарь с грамматической заметкой: Наречие бассейна р. Тумнин, впадающей в Татарский пролив, севернее Императорской гавани. Владивосток, Тип. Н. В. Ремезова, 1896.