Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Portik
Portik (lat. porticus) — üst örtüyü sütunlara söykənən qapalı qalereya. Sütunlar üst örtüyü birbaşa və ya aralarındakı tağlar vasitəsilə saxlaya bilərlər. Bir tərəfi açıq olan portik digər tərəfdən qapı-pəncərələri olan və ya olmayan divara söykənir. Başqa sözlə, portik — üst örtüyü sütunlar üzərində dayanan yarıaçıq məkandır. Antik yunan və Roma şəhərlərində ictimai binaların və məbədlərin girişində çox rast gəlinən portiklər, Şərqi Roma imperiyası ilə mədəni əlaqə nəticəsində ərəb-fars mədəniyyətinə, oradan da Səlcuqlular dövləti dövründə türk memarlığına keçən və Anadolu bəylikləri dövrünə qədər yayılan bir memarlıq nümunəsidir. Türk memarlığında portiklər məscid girişlərində məscidin izdihamdan dolub-daşdığı zamanlarda namaz qılanların yağışdan, qardan və ya günəşdən qorunmasını təmin edir. Kəbədə tikilən portiklər Osmanlı sultanı II Səlimin dövründə tikilmiş, planlarını Memar Sinan hazırlamışdır.
Ordovik dövrü
Ordovik dövrü (ordovik) — paleozoy erasının ikinci dövrü. Kembri dövründən sonra başlamış və Silur dövrü onu əvəz etmiş. 485,4 ± 1,9 milyon il əvvəl başlamış və 443,8 ± 1,5 milyon il əvvələ qədər davam etmişdir ( hardasa 42 milyon il). Bu dövrdə toplanmış müxtəlif süxurların kompleksi ordovik sistemi adlanır. Ordovik sistemi Silurun ordovik şöbəsinin əsasında müstəqil sistem kimi ayrılıb. Hal-hazırda ordovik sistemini üç şöbəyə və bu şöbələrin hər birini iki mərtəbəyə ayırırlar: alt ordovik şöbəsi (Oı) tremodok (Oıt) və areniq (Oıar) mərtəbələrinə; orta ordovik (O2) llanvirn (O2İn) və llandeyl (O2l) mərtəbələrinə; üst ordovik (O3) isə karadok (O3c) və aşgil (O3a) mərtəbələrinə ayrılır. Ordovik dövründə, kembri dövrünün sonunda mövcud olan platformalar və geosinklinal qurşaqlar saxlanılmışdı. Geosinklinal qurşaqlar intensiv dağılmaya məruz qalmışdılar; geosinklinal çökəklərdə əyilmə sürətlə gedirdi. Buna görə də bu çökəklərdə, böyük qalınlığa malik (bir çox km-lər) terrigen dəniz çöküntüləri və effuzivlər toplanırdı. Hersin tektogenezinin bəzi geosinklinal çökəkləri yaranmağa başlamışdı.
Bulbophyllum campos-portoi
Bulbophyllum campos-portoi (lat. Bulbophyllum campos-portoi) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü. == Arealı == Bulbophyllum campos-portoi növü Braziliya üçün endemik növdür.