Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Oskolki adaları
Oskolki adaları (rus. Oстрова Осколки) — Kuril adalarının Böyük Kuril cərgəsinə şimal qrupuna daxil olan adalar qrupu. İnzibati cəhətdən Saxalin vilayəti Severo-Kurilsk şəhər dairəsi ərazisinə daxildir. Adalarda yaşayış yoxdur. Adaların ümumi sahəsi 1,5 km² təşkil edir. İki qrup adadan ibarətdir: Lisı və Şişki, Peşernaya və Kira qayalıqları. Lisi (Tülkülər) adası burafa çoxlu sayda tülkünün olması ilə əlaqədar verilmişdir. Şişki qayalıqları isə dörd qayalıqdan ibarətdir. 1946-cı ildə təşkil olunan ekspedisiya zamanı adaların xarici görünüşü ilə əlaqədar Şaşki (Dama oyunundakı daşlar mənasında) adlandırılsada, kartoqrafın və redaktorun səhvi ucbatından Şişki olaraq təhrif olunuşdur. Şikotan adasından Şpanberq boğazı ilə (20 km şimal-şərq), Zelyonı adasından isə Polonski boğazı ilə ayrılır.