Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Lüdmila Postnova
Lüdmila Postnova (d. 11 avqust 1984) — Rusiyanı təmsil edən həndbolçu. == Karyerası == Lüdmila Postnova Rusiya yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarına qatıldı. Final oyununda Norveç yığmasına 34:27 hesabı ilə məğlub olan Rusiya yığması, XXIX Yay Olimpiya Oyunlarını 2-ci yerdə başa vurdu və gümüş medal qazandı. Daha sonra Lüdmila Postnova Rusiya yığmasının heyətində 2012-ci ildə London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarına qatıldı. 1/4 final mərhələsində Cənubi Koreya yığmasına 25:24 hesabı ilə məğlub olan Rusiya yığması, London Olimpiadasını 8-ci yerdə başa vurdu.