Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
İosafat Barbaro
İosafat Barbaro (it. Giosafat Barbaro) (1413–1494) — Venesiya taciri, səyyahı və diplomatı. == Həyatı == 1413-cü ildə Antonio Barbaro və Françeskina Barbaronu ailəsində doğulmuşdu. Məşhur Barbaro ailəsinin üzvü idi. 1434-cü ildə Nona Duodo ilə evlənmiş, 3 qızı və Ciovanni adlı oğlu olmuşdur. == Fəaliyyəti == === Tana səyahəti === 1436-cı ildə Venesiyanı tərk edərək Azov dənizi sahilindəki Genuya koloniyası olan Tana şəhərinə ticarət məqsədilə gəlir və 1452-ci ilədək burada qalır. 1437-ci ildə Alanların son hökmdarının qəbrini kəşfə çıxan və bu kurqandan xəzinə əldə etmə cəhdləri uğursuz oldu. Daha sonra bu kurqan rus arxeoloq Aleksandr Miller tərəfindən tapıldı və əslində mətbəx olduğu üzə çıxdı. Tanada olduğu müddətdə Barbaro tatar dilini və şərq adətlərini öyrənir. 1438-ci ildə Böyük Orda xanı Kiçik Məhəmməd xanın hücumu ərəfəsində ona diplomat olaraq göndərildi.