Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
İrina Netreba
İrina Netreba — 26 aprel 1991-ci ildə anadan olmuşdur. Ukrayna əsilli Azərbaycanlı sərbəst güləşçidir. 2014-cü ildə Finlandiyanın Vantaa şəhərində keçirilən Avropa Çempionatının gümüş medalçısıdır. 2013-cü ildə Rusiyanın Kazan şəhərində keçirilən Tələbələr arasında Yay Universiada Oyunlarının bürünc medalçısıdır. Gənclər arasında Avropa Çempionatının qızıl və bürünc medalçısıdır. Yeniyetmələr arasında Avropa Çempionatının isə qızıl və bürünc medalçısıdır. == Karyerası == === Ukrayna karyerası === İrina Netreba 2004-cü ildən güləş üzrə yarışlarda iştirak edir. İrina Netreba ilk uğurunu doğma vətənini təmsil edərkən qazandı. O Ukrayna bayrağı altında 2007-ci ildə Gənclər arasında Avropa Çempionatında 3-cü yeri tutdu və bürünc medal qazandı. 1 ildən sonra isə İrina Netreba analoji yarışda, Gənclər arasında Avropa Çempionatında 1-ci yeri tutdu və qızıl medal qazandı.