Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Stanislav Potoçki
Stanislav Revera Potoçki (1579, Kamenets-Podolski – 27 fevral 1667, Lvov, Polşa Krallığı Taxt-tacı) — Polyak zadəgan, komandir və hərbi lider. Tufan dövründə Stefan Czarniecki ilə birgə işğalçı isveçlilər və rusları məğlub etmişdirlər. Kral II Jan Kazimierz Wazanın ən etibarlı məsləhətçisi idi. Polşa-İsveç müharibələrində iştirak etmişdir. Stanislav Revera Potoçki 27 fevral 1667-ci ildə vəfat etmiş Podhajcedəki Müqəddəs Üçlük Kilsəsində dəfn edilmişdir.
To Potami
To Potami (yun. Το Ποτάμι) - Yunanıstanda fəaliyyət göstərən mərkəzçi, sosial liberal və sosial demokrat meyilli siyasi partiya.
Mir Əşrəf şah Xotəki
Mir Əşrəf şah Xotəki (1700, Qəndəhar vilayəti, Səfəvilər – 1730, Bəlucistan, Səfəvilər) — Hotaki sülaləsindən İranın ikinci şahı. Əşrəf şah Mir Əbdüləziz xan Xotəkinin oğludur. 1700-cü ildə Qəndəhar şəhərində anadan olmuşdu. 1724-cü ildə Mahmud şah dəli oldu. Əfqanlar onun əmisi oğlu Əşrəf xanı taxta çıxardılar. Çünki Osmanlı sarayı həm Təhmasiblə, həm də Mahmudun əvəzinə taxta çıxmış Əşrəflə münasibətlərin birdəfəlik korlanmasını istəmirdi.Osmanlı sarayı müsbət cavab verilmədiyi halda Təhmasibin Rusiyaya yaxınlaşacağından da ehtiyat edirdi. Ona görə Osmanlı sarayı Rusiya tərəfini xəbərdar etməklə II Şah Təhmasibin yanına öz səfirini göndərdi. Amma bu səfirin apardığı müzakirələrin bir nəticəsi olmadı. Təhmasiblə bərabər, Əşrəf də Osmanlı dövləti ilə əlaqə yaratmağa çalışırdı.Çünki Əşrəf yaxşı anlayırdı ki, bölgənin güclü dövləti və qərbdən ölkənin həmsərhəd olduğu Osmanlı dövləti ilə anlaşma əldə edə bilməsə şahlığının ömrü də uzun olmayacaqdır. Ona görə Mahmudu əvəzləyəndən az sonra Əşrəf öz nümayəndə heyətinin Osmanlı sarayına göndərdi.