Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Polimat
Universal insan ensiklopedist, polimat (polymathēs, yun. πολυμαθής) — ensiklopediya, yaxud elm, incəsənət və peşələrə dair izahlı lüğəti (1715–1780) tərtib və nəşr edən fransız maarifçiləri. Ensklopediya XVIII əsrin sonunda Fransa burjua inqlabının ideoloji cəhətdən hazırlanmasında böyük rol oynamış və zəmanəsinin elmi nailiyyətlərinin müntəzəm külliyyatını vermişdir. 1772-ci ilə qədər "Ensiklopediyanın" təşkilatçısı və rəhbəri Deni Didro olmuş və D`Alamber ona yaxından kömək etmişdir. Monteskyö, Jan Jak Russo, Volter, Helvetsi, Holbax və digər mütəfəkkirlər də enisklopedistlərin sırasında olmuşdur. "Ensklopediya"da feodal ideologiyasına qarşı ardıcıl mübarizəni materialistlər aparmışlar. Lakin ensklopedistlərin daha mötədil hissəsi də kilsənin elmin işlərinə qarışmaması uğrunda çıxış etmiş, özünü ictimai tərəqqinin tərəfdarı saymış, istibdadın tənqidini vermiş, insanın silki zülümdən azad olunmasına tərəfdar çıxmışlar. Ensiklopedist — 1) hərtərəfli məlumatı, təhsili olan adam; 2)tarixdə XVIII əsrin axırlarında Fransada nəşr edilən "Ensiklopediya" ətrafında toplaşmış qabaqcıl mütəfəkkirlər qrupunun nümayəndəsi, yaxud onların fikrinə şərik olan adam. Ensiklopedistlər — "Ensiklopediya, yaxud Elm, incəsənət və peşələrə dair izahlı lüğət"i tərtib və nəşr edən fransız maarifçiləri. "Ensiklopediya"nın təşkilatçısı və rəhbəri D. Didro idi.
Qaragöz və Xacivat
Qaragöz və Xacivat — təqlidə və qarşılıqlı dialoqa əsaslanan iki ölçülü təsvirlərlə bir pərdədə oynadılan kölgə oyunudur. Qaragöz oynadana qurğusal, xəyalbaz deyirlər. Köməkçiləri çıraq, yardaq, dayrezen, sandıqkardır. Oyunda dialoqların dəyişməsi baş rollarla edilir. Bu iki xarakterin həqiqətən yaşayıb yaşamadığı, yaşayıbsa, harada necə yaşadığı dəqiq olaraq bilinmir. Danışılanlar rəvayətlərə əsaslanır, həqiqətən yaşamış olsalar da, böyük ehtimalla bəhs edilən dövrdə tarix kitablarına girəcək qədər əhəmiyyətli görülməyiblər. Folklorşünaslar Qaragözün bəzi oyunlarda qaraçı olduğunu öz dili ilə deməsi və Bulqar qaydası çalmasını əsas götürərək onun Bizans imperatoru Konstantinin qaraçı seyisi Sofyozlu Bali Çələbi olduğunu söyləyirlər. Bir digər rəvayətə görə isə Hacı İvaz Ağa, ya da xalqın bildiyi adı ilə Xacivat və Trakyada yerləşən Samakol kəndindən olan dəmirçi ustası Qaragöz Orxan Qazi dövründə Bursada yaşayan və məscid inşaatında işləyən iki işçidir. Özləri işləmədikləri kimi başqa işçilərin işləməsinə də imkan vermirdilər. Orhan Qazinin "məscid vaxtında bitməsə, kəlləni alaramm" dediyi məscid memarı məscidin inşaatının vaxtında bitməməsinə görə Qaragöz və Xacivatı şikayət edir.