Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Serro Porteno FK
Serro Porteno (isp. Club Cerro Porteño) - Asunsyon şəhərindən bir Paraqvay futbol klubu. Ölkədə ən güclü klublardan biridir. 32 dəfə ölkə çempionu olmuşdur. Serro Porteno 1 oktyabr 1912-ci ildə Susana Nunez və futbol oynamaq istəyən bir qrup gənc tərəfindən quruldu. XX əsrin əvvəllərində ölkə iki - Kolorado və Liberal Partiyaya bölündü. Bu partiyaların rəmzləri müvafiq olaraq qırmızı və göy rəng idi. Bu rənglər ən azından futbolda cəmiyyəti barışdırmaq məqsədi ilə Serro Portenonun qurucuları tərəfindən seçilmişdir. Sonradan, ağ rəng Paraqvay bayrağının bütün rənglərinə tamamilə uyğun gəlmək üçün əlavə olundu.