Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Zakon i Pravosudiye
Zakon i Pravosudiye (rus. Закон и правосудие, "Qanun və ədalət") — qazax və rus dillərində dərc olunmuş həftəlik respublika hüquqi qəzeti, mərkəzi Qazaxıstanın Astana şəhərində yerləşirdi. Qəzet əsasən Qazaxıstanın qanun və siyasəti, ölkədə korrupsiya hallarının araşdırılması və ifşa olunması ilə bağlı məsələlərin müzakirə və işıqlandırılması sahəsində çalışırdı. Korrupsiya ilə əlaqəli nəşrlərdən sonra qəzetdə işləyən bəzi jurnalistlər, toxunulmazlıq hüquqlarının taptalanmasından qorxmağa başlamışdılar. Onlar içərisində Oralqayşa Omarsanova və Tokbergen Abiyev var idi. Nəşrin qeydiyyatı zamanı qanun pozuntusu baş vermişdir. Qanun pozuntusu qəzetin sahibi "ATS.KZ" MMŞ və Mədəniyyət və İnformasiya Nazirliyinin Məlumat və Arxiv Komitəsi tərəfindən yola verilmişdir. Qəzetin ilk dəfə 2005-ci ildə çap olunmuşdur; 2008-ci ildə qəzet Astana rayonlararası ixtisaslaşmış iqtisadi məhkəməsinin qərarı ilə bağlandı. 2011-ci ildə üç il həbsdən sonra sərbəst buraxılan "Zakon i Pravosudiye" qəzetinin keçmiş baş redaktoru Tokbergen Abiyev Qazaxıstan Respublikasının Rabitə və İnformasiya Nazirliyinə «Alyans Kazaxstanskix SMİ „Zakon i Pravosudiye“» (rus. «Альянс Казахстанских СМИ „Закон и правосудие“», "Qazaxıstan Media İttifaqı" Qanun və Ədalət") qəzetinin qeydiyyata alınması üçün sənədlər təqdim etsə də, ona rədd cavab gəldi.