Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Pribaltika
Baltikyanı (latış. Baltija‎, lit. Baltija, est. Baltimaad) və ya Pribaltika (rus. Прибалтика) — Şimali Avropada bölgə. Bu bölgə Baltıkyanı ölkələr adı altında tanınan, müstəqil dövlət olan Estoniya, Latviya və Litvadan, və hə həmçinin keçmiş Şərqi Prusiyadan (o cümlədən, Rusiya Federasiyasının eksklavı olan Kalininqrad oblastından) ibarətdir. II Dünya müharibəsindən əvvəl, bəzən Finlandiya da Baltıkyanı ölkəsi olaraq qeyd olunurdu. == Etimologiya == Baltik hidronimi Baltik dənizindən gəlir. Onun ən erkən qeydi (Baltia kimi) e.ə. III əsrdə yazılan Eratosfenin mətnində tapmaq olar və təxmin edilir ki, o bundan əvvə də işlənilirdi.