Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Pribılov adaları
Pribılov adaları (ing. Pribilof Islands) — Berinq dənizində dörd vulkanik adad an ibarət olan arxipelaq. İnzibati cəhətdən ABŞ-nin Alyaska ştatının bir hissəsidir. Adaları kəşf edən rus səyyahı Qabriel Pribılovun şərəfinə adlandırılmışdır. Adalar Unalaşka adasından 320 km şimalda və materikdən təxminən eyni məsafədə cənub-qərbdə yerləşir. Ən böyük adaları: Müqəddəs Paul adası - 104 km², Müqəddəs Georgi adası - 90 km². Müqəddəs Paul adasının yaxınlığında yaşayış olmayan qayalar vardır: Otter adası - 0,67 km², Uolrus adası - 0,20 km². Adaların ümumi sahəsi 194,436 km²-dir. 2000-ci il siyahıyaalınmasına əsasən, Müqəddəs Georgi və Müqəddəs Paul adalarında 684 nəfər yaşayır. 1768, 1769, 1770 və 1771-ci illərdə dənizçi Qavrila Pribılov Mixail Nevodçikovun komandanlığı altında Berinq dənizində və Şimali Sakit Okeanda ekspedisiyada iştirak edir.