Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Priqorodnı rayonu
Priqorodnı rayonu (oset. Горæтгæроны район) - Rusiya Federasiyası, Şimali Osetiyanın tərkibində inzibati ərazi vahidi. İnzibati mərkəzi Oktyabrskoe kəndidir. == Coğrafiya == İnzibati rayonu respublikanın cənub-şərqində, dağlarda və Terek mailli düzənliyində yerləşir. Rayonun ərazisi - 1422.42 km². Aşağıdakı rayonlarla həmsərhəddir: qərbdə Alagirski və Ardon rayonları, şimalda Pravoberejnı rayonu, şərqdə İnquşetiya Respublikası, cənubda yarım dairə formasında respublikanın paytaxtı Vladikavkaz şəhəri ilə. Rayonda respublikanın ən yüksək nöqtəsi Kazbek dağı (5033 m) yerləşir. == Tarix == İnquşunların ən qədim mərkəzlərindən biri Tarskaya vadisidir. Gürcü coğrafiyaşünası Vaxuşti Baqrationinin məlumatına görə artıq Tara vadisində XVII əsrdə Anquşt kəndində inquşlar yaşayırdı. Xalqın adıda gürcü və rus dilində bu kəndin adından keşmişdir.
Oktyabrskoe (Priqorodnı rayonu)
Oktyabrskoe (oset. Октябрыхъæу, inquş Шолхи) — Rusiya Federasiyası, Şimali Osetiyanın Priqorodnı rayonu ərazisində yerləşən kənd. İnzibati cəhətdən Priqorodnı rayonunun və Oktyabrskoe kənd sovetliyinin mərkəzidir. == Coğrafiya == Kənd Kambileyevka çayının hər iki sahilində, Vladiqafqazdan 70 km şimal-qərbdə yerləşir. == Tarixi == Müasir kənd XVIII əsrin ikinci yarısında qurulmuşdur. Bu zaman mərkəzi Anquşta olan Böyük İnguşdan kənarda mərkəzi Şolxi kəndi olan Kiçik İnquş bölgəsini fortmalaşmışdır. 1859-cu ildə keçmiş Şolxi kəndinin yerində, Kambileevskaya Sunja müdafiə xətti quruldu. Bu məntəqə 1867-ci ildə ləğv edildi və Tarski xutoruna çevrildi. Rusiya Vətəndaş müharibəsi zamanı inquşların əksəriyyəti bolşeviklərin tərəfini saxladığından, 1922-ci ildə kazakların yaşadığı kəndlərin əhalisi deportasiya edildi və yerlərinə inquşlar köçürüldü. 1924-cü il 7 iyul tarixində keçmiş adı Şolxi ona qaytarıldı və kənd İnquş Muxtar Vilayətinə verildi (5 dekabr 1936-cı ildən Çeçen-İnQuş Muxtar Vilayəti).