Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Predqornıy rayonu
Predqornıy rayonu (rus. Предгорный район) — Rusiya Federasiyası, Stavropol diyarının tərkibində inzibati ərazi vahidi. İnzibati mərkəzi Yessentukskaya stansiyasıdır. Əhalisi 110 600 nəfərdir (2020). Rayon Stavropol diyarının cənub hissəsindədir. Xarici perimetri boyunca, Stavropol diyarınınn Andropovi, Qeorgiyevski, Kirov və Mineralovodsk rayonları, Kabarda-Balkar və Qaraçay-Çərkəz Respublikaları ilə həmsərhəddir. Rayonun əksər ərazisi orta kontinental iqlimi olan meşə-çöl zonasında yerləşir. Şaxtasız dövr 170-190 gün davam edir. Qafqaz mineral sularının bütün kurort şəhərləri (Kislovodsk, Yessentuki, Pyatiqorsk və Jeleznovodsk, eləcə də Lermontov şəhəri Predqornıy rayonu ərazisindədir (lakin inzibati ərazi tərkibinə daxil deyil). Kurort şəhərlərinin bu düzülüşü bölgədəki əhalinin dolanışığını birbaşa təsir edir.