Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Primore (Monteneqro)
Primore — Monteneqronun bütün Adriatik sahili boyunca uzanan tarixi ərazi. Tarixi vilayət şimal-qərbdəki Kotor körfəzindən cənub-şərqdə Boyana çayının mənsəbinə qədər 230 km məsafədə uzanırdı. Çimərlik tətili üçün bir yer olmuşdur. Bardakı dəniz limanı, Bar - Belqrad dəmir yolu xətti, Tivat beynəlxalq hava limanı əsas nəqliyyat qovşağlarından biri idi. Orta əsr şəhərləri: Kotor, Budva və s. Yuqoslaviyanın yaranmasından əvvəl Monteneqro Primoresi, Monteneqro Krallığının bir hissəsi deyildi, əksinə Avstriya-Macarıstan İmperiyasının sərhədyanı bir bölgəsi olmuşdur. Sonda Sloven, Xorvat və Serb Dövlətinin bir hissəsi idi. == Tarixi == Orta əsrlərdə Monteneqro sahilləri Serbiya torpaqlarının bir hissəsi idi. XV əsrdə Albaniya Venetası adı altında Venesiyanın bir hissəsi olur. XVI əsrin sonlarında Venesiya Primorye ərazisinin çox hissəsini Osmanlı İmperiyasına verməyə məcbur olur.
Rikord boğazı
Rikord boğazı — Böyük Kuril adaları qurupuna daxil olan Ketoy adasının şərqini Uşişir adasının isə qərbini ayırır. Eni 26 km təşkil edir. Sakit okeanı ilə Oxot dənizini birləşdirir. Kiçik gəmilərin üzməsi təhlükəlidir. Səbəb isə boğazda güclü axınlar və su burulğanlarının olmasıdır. Boğazın tən ortasında 130 m dərinliyində sualtı Rikord vulkanı vardır. Boğaz 1811-1813-cü illərdə təşkil edilən hiroloji ekspedisiya zamanı kəşf edilir. Boğaz Admiral Petr İvanoviç Rikord tərəfindən 'Diana' gəmisində (o zaman gəmini idarə edən yükşək rütbəli zabit idi) üzərək keçilir.
Rikord burnu
Rikord burnu — İturup adasının cənub qutaracağında yerləşən burun. Uzaqdan tünd qırmızı rəngdə olması açıq şəkildə görünür. Bunun səbəbi Berutarube vulkanının sönmüş krateridən çıxan vulkan məhsullarıdır. Burun sahillərini Yekaterina boğazının suları yuyur. Boğaz İturupu Kunaşir adasından ayırır. Burun yaxınlığından, Yekaterina boğazı, Oxot dənizi və sakit okean istiqamətində hərəkət edən Soya cərəyanı keçir. Rikorda burnunda Cənubi Kuril regionunun ən böyük şimal dəniz şirlərinə aid yatağı yerləşir Burun görkəmlu rus admiralı Pyotr Rikordun şərəfinə adlandırılmışdır.
Kodi Prior
Kodi Prior (28 oktyabr 1999-cu ildə anadan olub) — Liqa Bir təmsilçilərindən olan Donkaster Rovers klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar İrlandiya futbolçusudur. == Klub karyerası == === Donkaster Rovers === Prior Donkaster Rovers akademiyası vasitəsilə inkişaf etmişdir. O, peşəkar karyerasında debütünü 3 oktyabr 2017-ci ildə Sanderlend U-21 klubuna qarşı oyunda etmişdir. O, 62-ci dəqiqədə Niall Meysonu əvəz etmişdir. Futbol Liqası Trofeyi görüşündə Donkaster rəqibinə 1-0 hesabı ilə qalib gəlmişdir. 2018-ci ilin iyun ayında Prior klub ilə ilk peşəkar müqaviləsini imzalamışdır.