Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Priyanka Çopra
Priyanka Çopra (18 iyul 1982, Cəmşidpur, Bihar) — Dünya şöhrətli Hindistanlı kinoaktrisa, müğənni və model. 2000-ci ildə Dünya Gözəllik (Miss World-2000) yarışmasının qalibi olmuşdur. == Həyatı == 18 iyul 1982-ci ildə Hindistanın Cəmşidpur şəhərində ixtisasca həkim olan Aşok Çopra və Madhu Axaurinin ailəsində anadan olmuşdur. Ailədə 2 uşaqdırlar. Özündən 7 yaş kiçik olan Siddharth adında bir qardaşı var. 13 yaşında Amerikaya köçür və orta məktəbi orada bitirir. === Maraqlı faktlar === Boyu : 1,68 metr Karyera: Kino aləmində ilk dəfə "Thamizhan" adlı tamil filmində çəkilir. Musiqi : 2012 ildə "In My City" adlı ilk mahnısı ilə debüt edir. 2013 ilin aprel ayında "Exotic" adlı ikinci sinqlı üçün Amerikalı repçi Pitbull ilə duet oxuduğu klipə çəkilir. Bu klip Şimali Amerikada çox böyük maraq yaradır və Canadian Hot 100-ə daxil olur.