Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Prisbit
Prisbit və ya Parsbit — Xəzər xaqanlığının qadın hökmdarı. Bəzi qaynaqlarda adı Barsbek kimi yazılır.
Mixail Prişvin
Mixail Mixailoviç Prişvin (rus. Михаи́л Миха́йлович При́швин; 23 yanvar (4 fevral) 1873[…], Xruşyovo-Lyovşino[d], Yelets qəzası[d], Orlov quberniyası[d], Rusiya imperiyası – 16 yanvar 1954[…], Moskva) — rus və sovet yazıçısı, filosofu. Mixail Mixailoviç Prişvin 23 yanvar 1873-cü ildə Rusiya imperiyasının Orlov quberniyasında anadan olmuşdu. O, sakit bir həyat yaşayıb: tacir ailəsində doğulub, Yelets gimnaziyasında, sonra isə Leypsiq universitetinin aqronomluq bölməsində oxuyub, Klində zemstvo idarəsində aqronom işləyib, Petrov kənd təsərrüfatı akademiyasının (indiki İ.Timirzayev adına akademiya) laboratoriyasında fəliyyət göstərib, aqronomluğa aid elmi əsərlər nəşr etdirib. Sanki hər şey çox gözəl, çox böyük uğurla gedirdi! Ancaq Prişvin 33 yaşında qəfildən işini atır, silah alır və yalnız yol çantası ilə qeyd kitabçasını götürüb payi-piyada şimala, “qorxmaz quşlar diyarına” üz tutur. İlk baxışda qəribə görünən bu səyahətin yol qeydləri onun ilk kitabının özülünü təşkil edir. Ardınca yeni səyahətlər gəlir (o, bütün Şimalı, mərkəzi Rusiyanı, Uzaq Şərq və Qazaxıstanı dolaşır) və yeni kitablar nəşr olunur. Sakit və dinc həyatını belə kəskin dəyişməyə məcbur edən nə idi, hansı “sualtı daşlar” onun axınını dəyişmişdi? Prişvinin “gizli saxlanılmış” “Gündəliklər”ində uzaq uşaqlıq illərinin o qədər də əhəmiyyətli görüməyən epizodu xatırlanır.