Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Perestroyka
Perestroyka (rus. перестройка) və ya Yenidənqurma — SSRİ-də 1980-ci illərdən etibarən reallaşdırılan iqtisadi və siyasi sistemi yenidən konfiqurasiya və islahat hərəkatı. İlk olaraq 1979-cu ildə Leonid Brejnev tərəfindən təqdim olunmuş, dövrün dövlət başçısı Mixail Qorbaçov tərəfindən dəstəklənmiş və təşviq edilmişdir. Artıq 80-ci illərin ortalarında sovet ölkəsinin ictimai-siyasi, iqtisadi və mənəvi həyatında böhran yaranmışdı. Böhranlı vəziyyətin simptomları hələ 70-ci illərin ortalarından görünürdü, — elmi-texniki tərəqqi ləngiyirdi, sənayedə avadanlığın mənəvi aşınması, infrastrukturun zəifliyi, təbii ehtiyatlar hasilatının çətinləşməsi və bahalaşması, maddi ehtiyatlar qıtlığının meydana gəlməsi təzahür edirdi. Əmək məhsuldarlığının orta illik artımı 1965–1970-ci illərdəki 5,2 faizə qarşı 1981–1985-ci illərdə cəmi 3 faiz təşkil edirdi. Bu dövrdə istehsal olunan məhsulun orta illik artımı sənayedə 8,5 faizdən 3,1 faizə, kənd təsərrüfatında 4 faizdən 1,2 faizə, mal dövriyyəsi 8,2 faizdən 2,8 faizə, əsaslı vəsait qoyuluşu 7,6 faizdən 3,3 faizə enmişdi. 60-cı illərdə ölkədə keçirilən islahatlar iflasa uğradı. Çünki faktiki olaraq köhnə ictimai-siyasi rejim toxunulmaz qalmışdı, effektli olmayan iqtisadiyyat, ekstensiv inkişaf modeli qalmaqda idi. Sovet İttifaqının iflası mühüm xarici səbəblərlə də şərtlənirdi.