Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Provideniya buxtası
Provideniya buxtası — Çukot yarımadasının cənub-şərq sahillərində, Berinq dənizinə daxil olan Anadır körfəzində yerləşən buxta. sahillərində nisbətən iri və dayaz körfəz. İnzibati baxımından Rusiya Fererasiyası, Çukot Muxtar Dairəsi ərazisinə daxildir. == Coğrafiya == Buxtaya giriş şərqdən Lısaya Qolova, qərbdən isə Lesovski burunları ilə daraldılır. Lısaya qolova buernu Çukotski burnundan 11 km şimal-qərbdən qərbdə yerləşir. Buxtanın eni girəcəkdə 8 km, uzunluğu isə orta xətt boyunca 34 km təşkil edir. Emma havanının yuxarısında eni 4 km, aşağı hissədə isə 2,5 km-dir. Buxta aşağı hissəsə şimal-şərqə, sonradan isə şimala yönəlir. Burada onun eni 2 kilometrə çatır. Buxtanın sıldırımlı sahilləri vardır.
Nyu-Providens
Nyu-Providens (ing. New Providence — Baham adalarında ada. Baham adalarının ən sıx məskunlaşan adasıdır. ABŞ üçün turizm və istirahət mərkəzidir. == Tarixi == Baham adalarını ilk ziyarət edən avropalılar 1670-ci ildən sonra Qrand-Törk və İnaquaya ziyarət etsələr də, Elütera adası ilk dəfə daimi olaraq məskunlaşmışdır. Ardınca Nyu-Providens məskunlaşmışdır. Nyu-Providens adası Vest-İndiyada kiçik gəmilər üçün ən qorunan təbii limanlardan biri var idi. == İnzibati bölgü == Nyu-Providens Baham adalarının 32 rayonundan biridir. Rayonun inzibati mərkəzi Baham adalarının paytaxtı, Nassau şəhəridir. Rayonun sahəsi 207 km2, əhalisi - 248,948 nəfərdir.