Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Prolin
Prolin (Pro, P) — Protein formalaşdıran 20 aminturşulardan biri. Prolin və törəmələri üzvi reaksiyalarda assimmetrik katalizator kimi istifadə olunur.
Prodik
Prodik (yun. Πρόδικος, təxminən e. ə. 465 – 395) — qədim yunan filosofu, sofistlər məktəbinin təmsilçisi. Dilçilik elmi və əxlaq problemləri ilə məşğul olmuşdur. O həm də dinlərin yaranması nəzəriyyəsini irəli sürmüşdür. Onun fikrincə, insanlar onlara xeyir gətirən günəş, çaylar, dənizlər kimi təbiət obyektlərini tanrılaşdırmışlar. Buna o, Misirdə Nil çayının tanrılaşdırılmasını örnək gətirirdi. Prodikə görə, bundan sonra insanların fəaliyyətlərinə uyğun olaraq şərabçılıq, dəmirçilik, sənətkarlıq və s. tanrıları uydurulmuşdur.
Aphytis proclia
Aphytis proclia (lat. Aphytis proclia) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin pərdəqanadlılar dəstəsinin aphelinidae fəsiləsinin aphytis cinsinə aid heyvan növü. == Həyat tərzi == Oliqafaqdır. Əsasən Koliforniya çanaqlı yastıcasını daha çox yoluxdurur; amma başqa zərərvericiləri də yoluxdura bilir. Keçmiş SSRİ-də afitis, Koliforniya çanaqlı yastıcasının arealının şimal hissəsində - Şimali Qafqazda məskunlaşıb. Qara dəniz sahillərində də tapılır, amma orda yoluxdurması zəifdir. Afitis ekto parazitdir və ancaq dişi yastıcaları yoluxdurur. Yastıcanı yoluxdurmaq üçün afitisin dişisi yumurtaqoyanı ilə çanağı dəlir və yumurtalarını sahibin bədəninə yapışdırır. Sürfə sahibin bütün daxili möhtəviyyatını sorur. Afitisin bütün inkişafı sahibin çanağının altında keçir, elə burda da puplaşır və yetkin fərdə çevrilir.