Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Prokat
Prokat, yayıq (metallurgiyada) — prokat istehsalının məhsulları, qızmar və sojyr yayma üsulları ilə alınan metal məmulat (vərəq, zolaq, lent, rels, boru və s). Prokat istehsalı poladdan və digər metaldan yayma yolu ilə müxtəlif məmulat və yarımfabrikat (prokat) alınması, habelə onların keyfiyyətini artırmaq məqsədilə təkrar emal edilməsi (termiki emal, örtük çəkmə və s.). Sənaye ölkələrində əridilən poladın 4/5 hissəsindən çoxu yayma üsulu ilə emal edilir. Prokat istehsalı adətən metallurgiya (az hallarda maşınqayırma) zavodlarında təşkil edilir və bir qayda olaraq (xüsusilə qara metallurgiyada) istehsal dövrünün sonuncu mərhələsi olur. Əsas prokat növlərinə aşağıdakılar aiddir: yarımməhsul və ya pəstah, vərəq və çeşid prokat, yayma boruları, maşın detalları pəstahları (xüsusi prokat növləri) — təkər, halqalar, oxlar, burğular, kürələr, dəyişən en kəsikli profillər və s. Ölçüləri göstərilməklə yayılan məmulatlar prokat çeşidi (sortamenti) adlanır. Prokatın əsas hissəsi azkarbonlu poladdan, bəzi hissəsi legirlənmiş va tərkibində karbonun miqdarı artırılmış (0,4%-dən çox) poladlardan hazırlanır. Əlvan metal (alüminium, mis, maqnezium, sink və onların ərintiləri) prokatları başlıca olaraq vərəq, lent və məftil şəklində istehsal olunur (əlvan metallardan boru və çeşidli profillər başlıca olaraq pressləmə yolu ilə hazırlanır). Müasir metallurgiya zavodlarında polad prokat iki üsulla istehsal olunur. Birinci üsulda başlanğıc material kimi metal qəlibə tökülmüş külçələrdən istifadə edilir.
Katalaza-peroksidat
Katalaza-peroksidat — Katalaza enziminin ( fermentinin ) hidrogen peroksidlə əmələ gətirdiyi aralıq kompleks. Formulu CAT-H2O2 kimidir.
Proçida (ada)
Proçida (it. Procida) — Tirren dənizində, Neapol körfəzində vulkanik ada. Adanın sahəsi 4,1 km² olub, İtaliyanın Kampaniya (İtaliya) muxtar vilayətinin Neapol əyalətinin inzibati bölgüsünə aiddir. Adanın qoruyucusu Mələk Mikayıl hesab edilir. Ada hələ bizim eradan əvvəl sakinləşmişdir. Burada ilk yunan Proxita yaşayış məskəni, Roma İmperiyası dövründə isə patrisilər üçün kurort mövcud olmuşdur. Adadakı katolik monastır kilsəsi rəvayətə görə yerli sakinlərin dəniz quldurlarından yaxa qurtarmaq üçün Mələk Mikayıla dua edib yalvarmışlar. Bu zaman aydın dənizdə qəfildən qopan tufan quldur gəmiləini batırır. Bu məqsədlə adanın qoruyucusu Mələk Mikayılın şərəfinə həmin kilsə inşa edilmişdir. İstedadlı cənab Ripli (film, 1999) filminin bəzi səhnələri bu adada çəkilmişdir.