Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Piroxroit
Piroxroit — mineral. Piroxroit - Mn(OH)2. Mn qismən Mg, Fe2+ və Zn-lə əvəz olunur. Triqonal. Kristalları lövhəvari, daha az romboedrik və ya prizmatik. Ayrılması {0001} üzrə mükəmməl. Aqreqatı vərəqvari. Rəngi ağ, yaşılımtıl; işıqda qaralır. Parıltısı sədəfi. Sərtliyi 2,5.
Prokariot
Prokariot hüceyrələr (lat. Procaryota) — bir hüceyrə membranına malik olan xırda və sadə quruluşlu hüceyrələrdir.Onların orta ölçüsü 5 mkm-a yaxındır. Onlarda, adətən, membran quruluşuna malik orqanellalar yoxdur, məs., mitoxondirilər və endoplazmatik tordakı kimi. Hüceyrə nüvəsinin əvəzinə onun ekvivalenti (nukleoid) olur ki, bu da sıx spiral şəklində burulmuş yeganə bir DNT molekulundan ibarətdir. Bundan başqa bakteriyalar eukariotların nüvə xarici DNT- lərinə oxşar xırda plazmid formalı DNT-lərdən ibarət ola bilir. Fotosintez qabiliyyətinə malik olan prokariot hüceyrələrdə (göy-yaşıl yosunlar,yaşıl və al-qırmızı bakteriyalar) membranların müxtəlif iri qabarıqları tilakoidlər vardır.Bunlar öz funksiyalarına görə eurokariotların plastidlərinə uyğundurlar.Bu tilakoidlər funksional cəhətdən mitoxondiriləri əvəz edirlər.Prokariotlar yer üzündə maddə enerjinin bioloji çevrilmələrində mühüm rol oynayırlar. Fotosintezedici bakteriyalar günəş enerjisini udaraq onu karbohidratların və hüceyrələrin digər komponentlərinin sintezi üçün istifadə edilir ki, bunlar da öz növbəsində digər orqanizmlər üçün qida kimi istifadə edilir.Bəzi bakteriyalar atmosferdən molekulyar azotu fiksə edərək bioloji faydalı azottərkibli birləşmələr əmələ gətirirlər. Çox güman ki, prokariotlar bioloji evalyusiya prosesində eurokariotlardan əvvəl əmələ gəlmişlər.
Krokoit
Krokoit Pb [CrO4] — Monoklinik sinqoniya. Rast gəlmə tezliyi şkalası: nadir. Rəng – tünd narıncı-qırmızı; Mineralın cizgisinin rəngi – narıncı-sarı; Parıltı – almaz, azacıq yağlı; Şəffaflıq – yarımşəffaf; Sıxlıq– 5,9-6,1; Sərtlik – 2,5-3,0; Kövrəkdir; Ayrılma – {110} üzrə mükəmməl; Sınıqlar – qabıqvari; Morfologiya – kristallar: vertikal cizgili prizmatik, bəzən itiromboedrik, iynəvari; uzunluğu 10 sm-ə çatan iri kristalları məlumdur; Mineral aqreqatları: druzalar, nazik kristallik qabıqlar, qaysaqlar, çubuqvari, nadir hallarda sıx dənəvər əmələgəlmələr, püruzlar. Xromlu süxurlar içərisində yerləşən qurğuşunsaxlayan yataqların oksidləşmə zonasında əmələ gələn ekzogen mineraldır. Birlikdə rast gəldiyi minerallar: qalenit, serussit, piromorfit, vulfenit, vanadinit, hötit, hidrohötit, kvars və b. Mineralın tapıldığı yerlər: Beryozov yatağı (Rusiya); Dundas (Tasmaniya adası); Avstraliya; Luson adası (Filippin); Braziliya və b. Azərbaycanda Katex kolçedan-polimetal və Ağyataq civə yataqlarında tapılmışdır. Nadir hallarda rast gəldiyi üçün praktik əhəmiyyəti yoxdur. Azərbaycan mineralları. Bakı: Nafta-Press, 2004.
Prokror
Prokuror ― cinayət prosesində ittiham orqanı kimi ədalətə xidmət edən şəxs. Prokurorluq cinayət prosesində cinayət işinin açılması vəzifəsini yerinə yetirərək dövlət adından cinayət işi açan orqandır. Bu idarədəki vəzifəli şəxsə prokuror adı verilir. Bundan əlavə, qısaldılmış şəkildə prokuror cinayət işinin ona çatmasından sonra dövlət adından tədqiqat və təhqiqat fəaliyyətini həyata keçirməyə, ictimai iddianın verilməsini tələb edən şərtlər yarandıqda iddia qaldırmağa və icraatına borclu olan, məhkəmələrin çıxardığı qərarları yerinə yetirmək və qanunla ona həvalə edilmiş digər vəzifələri yerinə yetirməli olan və məhkəmə orqanının üzvü hesab olunan dövlətin təyin etdiyi vəzifəli şəxs kimi müəyyən edilə bilər. Sözün kök mənası: qanun irəli sürməklə müdafiə olunan ideya, iddia, dava, tezis, əməlin cinayət olub-olmamasının qanun baxımından müəyyən edilməsi və cinayətin qanuna uyğun olaraq müəyyən edilməsi ilə əlaqədar qanunun müddəalarına müvafiq olaraq ittiham aktının hazırlanmasından məsul olan hüquq məmuru kimi müəyyən edilir. Onun qədim türk dilindəki qarşılığı "müddeiumumi"dir. Ərəbcə muddaˁī (iddia etmək, dava etmək) və umumī (ictimai) sözlərinin birləşməsindən əmələ gələn və "camaat adından məhkəməyə vermək" mənasını verən bu söz, 1870-ci il tarixli "Mehakim Nizamnaməsi" ilə fransızca prosécuteur publique sözünün qarşılığı olaraq türk qanunlarına daxil olmuşdur. Respublika dövründə də uzun müddət qeyri-rəsmi olaraq istifadə olunmuşdur. Prokurorluq inzibati struktura malik olduğundan onun tənzimlənməsində iyerarxiya mövcuddur. Tabelikdə olanlar təşkilat daxilindəki rəhbərlərindən əmrlər alırlar.