Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Püimişel
Püimişel (fr. Puimichel, oks. Puegmichèu) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azür regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Le-Me kantonuna daxildir. Kommunanın dairəsi — Din-le-Ben. INSEE kodu — 04156. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 255 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 181 nəfər (15-64 yaş) arasında 130 nəfər iqtisadi fəal, 51 nəfər fəaliyyətsiz olmuşdur (fəaliyyət göstərici 71.8%, 1999-cu ildə 67.5%). Fəal olan 130 nəfərdən 112 nəfər (68 kişi və 44 qadın), 18 nəfər işsiz (6 kişi və 12 qadın) idi.
Promil
Promil (lat. pro mille – hər minə) — hər hansı kəmiyyətin mində bir hissəsi. Promil faizin onda birinə bərabərdir və ‰ işarəsi ilə qeyd olunur. Bu işarənin üç ədəd sıfır rəqəmindən tərtib edilməsi Promilin tərifi ilə əlaqədardır. Bəzi kəmiyyətlər ənənəvi olaraq Promil ilə ölçülür; məsələn, dəniz suyunun şorluğu ‰ ilə göstərilir. Suyun şorluğunun 35 Promil olması onun kütləsinin 0,035 hissəsinin duzlardan ibarət olduğu deməkdir (hər litrə 35 qram). Dəmir yollarının meyilliliyi kiçik olduğundan onu da Promil ilə hesablayırlar.
Customer-premises equipment
Customer-premises equipment (CPE; hərf. müştəri tərəfindən təchiz edilmiş avadanlıq) — telekommunikasiyada abunəçinin ərazisində yerləşən və demarkasiya nöqtəsində daşıyıcının telekommunikasiya kommutasiyasında qoşulmuş istənilən terminal və əlaqəli avadanlıq. Demarkasiya nöqtəsi müştərinin avadanlığını rabitə xidməti provayderinin paylayıcı infrastrukturunda və ya mərkəzi ofisində yerləşən avadanlıqdan ayırmaq üçün bina yaxud kompleksdə qurulmuş nöqtədir. CPE ümumiyyətlə telefonlar, ruterlər, şəbəkə svişləri, yaşayış şlüzləri (RG), "set-top box"lara, sabit mobil konvergensiya məhsullarına, ev şəbəkəsi adapterlərinə, eləcə də istehlakçılara lokal şəbəkə (LAN) olan yaşayış yeri və ya müəssisələrdə provayderlərin rabitə xidmətlərinə daxil olmaq və onları yaymaq imkanı verən internetə çıxış şəbəkə keçidləri kimi cihazlara aiddir. CPE yuxarıda qeyd edildiyi kimi aktiv avadanlıq, analoq telefon adapterləri (ATA) və ya xDSL bölücüləri kimi passiv avadanlıq ola bilər. Bura əsas telefon sistemləri və özəl filialların əksəriyyəti daxildir. CPE kateqoriyasına ifrat voltaj üçün mühafizə avadanlıqları və "payphone" daxil deyil. Telekommunikasiya xidmətinin çatdırılması üçün zəruri olan, lakin avadanlıq kimi müəyyən edilməyən digər növ materiallar, məsələn, təlimatlar, kabel paketləri və kabel adapterləri əvəzinə CPE-periferik qurğular adlandırılır. CPE abunəçi tərəfindən satın alınmış cihazlara, ya da operator və ya xidmət təminatçısı tərəfindən təmin edilən avadanlıqlara aid ola bilər. == Tarixi == "Customer-premises equipment" və "customer-provided equipment" ifadələri bu avadanlığın tarixini əks etdirir. ABŞ-də "Bell System" inhisarına əsasən həmin şirkət telefonların mülkiyyətçisi idi və bir şəxs onları ya özəl mülkiyyətdə olan, ya təchiz edilmiş cihazları şəbəkəyə və ya stansiya aparatına qoşa bilməzdi.