Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Taras Proxasko
Taras Proxasko (ukr. Тара́с Богда́нович Проха́сько; 16 may 1968, İvano-Frankovsk) — müasir ukraynalı nasir, Stanislav fenomeninin simalarından biri. Taras Boqdanoviç Proxasko 16 may 1968-ci ildə İvano-Frankovskdə anadan olub. 1992-ci ildə İvan Franko Lvov Dövlət Universitetinin (indiki İvan Franko Lvov Milli Universiteti) biologiya fakültəsini bitirmişdir. İxtisasca — bioloq. 1989-1991-ci illərdə tələbə hərəkatının üzvü. Əvvəlcə İvano-Frankovsk Karpat Meşə Təsərrüfatı İnstitutunda işləyib. Sonra müəllim, gözətçi, “Veja” radiosunda aparıcı olub, rəsm qalereyasında, qəzetdə, televiziya studiyasında işləyib. Lvovdakı "Express" və "Postup" qəzetləri ilə əməkdaşlıq etdi. Ukrayna Yazıçılar Birliyinin üzvü.
Roqaşka-Slatina
Roqaşka-Slatina (sloven. Rogaška Slatina) — Sloveniyanın şərqində bolneoloji (əsasən müalicəvi sular) kurort şəhəri. Sele şəhərindən 45 km, paytaxt Lyublyanodan 82 km məsafədə yerləşdir. Şəhər "Donat Mg adlı müalicəvi suyu ilə məşhurdur. Roqaşka-Slatina — Sloveniyanın və Avropanın ən qədim və məşhur kurort şəhərlərindən biridir. Slatina vadisi qədim zamanlardan məlumdur. Roma imperiyasına aid olan Petovium Celeia adlı yolun qalıqlarının bu ərazidə aşkarlanması, Roqaşkanın Roma dövründən bəri məşhur olmasını ehtimal etməyə əsas verir. Həmin ərazinin yaxınlığında Roma fibulası və qəpikləri aşkar edilmişdir. Həmin vaxtdan etibarən Donat Mg suyunun müalicəvi xüsusisəyyətləri məlum olmuşdur. Bu suyun müalicəsi xassələri barədə əfsanələr yaranmış, ziyarətçilərin sayı artmışdır.