Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Praporşik
Praporşik (köhnə slavyanca prapor – bayraq, parça) — bir sıra ordularında rütbə. Çar Rusiyasında (1712-ci ildə kiçik zabit rütbəsi kimi I Pyotr təsis etmişdi) və ADR ordusunda hərbi rütbələrdən biri olmuşdur. XVIII yüzildə XIV klas çini ilə bərabər idi. == Mənbə == ASE, VIII cild, Bakı, 1984-cü il, səh.
Protista
İbtidailər və ya birhüceyrəlilər (q.yun. πρώτιστος "ən birinci, ilkin" və ya ən sadə) — nüvəlilərin heyvanlara aid olan heterogen qrupu. Birhüceyrəli heyvanların va ya ibtidailərin bədəni bir hüceyrədən ibarətdir. Bu heyvanlar bütün həyat proseslərinə – qidalanma, ifrazat, tənəffüs, qıcıqlanma, çoxalma, hərəkət, mühitə uyğunlaşma və s. malikdir, qeyri-cinsiyyətli və cinsiyyətli yolla çoxalırlar. Əksəriyyətı sista əmələ gətirir. Birhüceyrəlilər şirin sularda dəniz və okeanlarda, rütubətli torpaqda, insan və heyvan orqanizmində yaşayır. Qidalanma tərzinə görə ibtidailərin böyük əksəriyyəti heterotrofdur. Onlar əsasən torpaqda yaşayan mikroorqanizmlərlə (bakteriyalar, yosunlar, göbələklərin sporları) qidalanır. Onlar arasında bitki qalıqlarının həll olmuş üzvi maddələri ilə qidalanan saprofitlər də (qamçılılar) vardır.