Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Propolis
Vərəmum, bərəmum(Propolis) – Propolis az adını yunan sözləri olan ≪pro≫ - ≪öndən≫və≪polis≫≪qala, şəhərdən≫dən götürmüşdür. Onu həmçinin arı yapışkanı, qatranı da adlandırırlar. Əgər arı pətəyinə çağrılmamış qonaqlar – xırda həşəratlar,malyuskalar,kərtənkələ, sıçan,qurbağa daxil olduqda arılar onların üzərinə propolis tökərək sanki sarkofaq düzəldirlər ki, burada heyvan cəsədi çürüyüb, parçalanmır. Beləliklə də, propolis arı pətəyinin olduqca təmiz qalmasını təmin edir. O, arılar tərəfindən ağacların tumurcuqları, cavan budaqları və yarpaqlarındakı qatranabənzər maddələri toplayıb emal etməklə alınır. Propolis plastilinə oxşayan, sarı-yaşıldan - qəhvəyi-qaraya qədər çox müxtəlif rənglərdə ola bilən spesifik balzam iyli bərk maddə olub spirtdə yaxşı, süddə pis həll olur. Tamına görə prorolis acı, yandırıcı büzüşdürücüdür.Bu 15-17°-də bərk, 36-38°-də yumşaq, plastik, yapışan konsistensiyalıdır. Onun tərkibinə qatran və balzamlar (55%), mum(30%), efir yağları (10%), çiçək tozları (5%),A, C və B vitaminləri qarşığı daxildi. Onun tərkibində həmçinin alüminium,vandium, dəmir, kolsium,silsium,manqan, stronsium kimi mikroelementlər də daxildir. Propolisdə darçın spirt, darçın turşusu, benzoy turşusu,aşı maddələri, xrizin,qalanqın və s.
Hoplit
Hoplit (yun. ὁπλίτης - "oplon") — eramızdan əvvəl 8-ci əsrdə Qədim Yunanıstanda meydana çıxan ağır piyada sinfinin döyüşçülərinə verilən addır. Hoplitlər elit və zirehli Yunan nizə piyadalarıdır. O, nizə piyadaları ilə eyni üstünlüklərə və çatışmazlıqlara malikdir, lakin daha güclü müdafiə qabiliyyətinə malikdir. Bununla belə, zirehlərinə və tutmalı olduqları mövqeyə görə, döyüş zamanı Nizəçilər ilə müqayisədə daha yavaş hərəkət edirlər. Falanks qaydasında (konvergent nizam) döyüşmək üçün silahlanmış Hoplitlər dizliklər, döş nişanları və dəbilqələr taxırdılar. Hər üç zireh bir və ya iki qat camış dərisindən və ya tuncdan hazırlanmışdı. Hoplitlər çiyinlərinə asılmış enli, dairəvi qalxan, uzun tunc sivri nizə (3,5-4 metr) və çiynindən asılmış tunc qılıncla silahlanmışlar. Daha sonra dərini at sidiyi ilə bərkitmə texnikası tətbiq olundu. Hoplitin silah komplektinə böyük dörtkünc qalxan, qılınc, dəbilqə və zireh daxil idi.
Prolin
Prolin (Pro, P) — Protein formalaşdıran 20 aminturşulardan biri. Prolin və törəmələri üzvi reaksiyalarda assimmetrik katalizator kimi istifadə olunur.
Propin
Propin (CH3-C≡CH) — Alkinlər sinfindən doymamış karbohidrogen.
Aphytis proclia
Aphytis proclia (lat. Aphytis proclia) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin pərdəqanadlılar dəstəsinin aphelinidae fəsiləsinin aphytis cinsinə aid heyvan növü. == Həyat tərzi == Oliqafaqdır. Əsasən Koliforniya çanaqlı yastıcasını daha çox yoluxdurur; amma başqa zərərvericiləri də yoluxdura bilir. Keçmiş SSRİ-də afitis, Koliforniya çanaqlı yastıcasının arealının şimal hissəsində - Şimali Qafqazda məskunlaşıb. Qara dəniz sahillərində də tapılır, amma orda yoluxdurması zəifdir. Afitis ekto parazitdir və ancaq dişi yastıcaları yoluxdurur. Yastıcanı yoluxdurmaq üçün afitisin dişisi yumurtaqoyanı ilə çanağı dəlir və yumurtalarını sahibin bədəninə yapışdırır. Sürfə sahibin bütün daxili möhtəviyyatını sorur. Afitisin bütün inkişafı sahibin çanağının altında keçir, elə burda da puplaşır və yetkin fərdə çevrilir.
Lamina propria
Lamina propria — tənəffüs yolları, mədə-bağırsaq traktı və sidik-cinsiyyət yolları kimi bədəndəki müxtəlif boruları əhatə edən və selikli qişa kimi tanınan nəmli qişaların bir hissəsini təşkil edən nazik birləşdirici toxuma təbəqəsi. Lamina propria nazik boş (areolar) birləşdirici toxuma təbəqəsidir, epitelin altında yerləşir və epitel və bazal membranla birlikdə selikli qişanı təşkil edir. Latın adından göründüyü kimi, selikli qişanın xarakterik komponenti "öz xüsusi təbəqəsidir". Beləliklə, selikli qişa termini epitel və lamina proprianın birləşməsinə aiddir. Lamina proprianın birləşdirici toxuması hüceyrələrlə zəngindir. Lamina proprianın hüceyrələri dəyişkəndir və bunlara fibroblastlar, limfositlər, plazma hüceyrələri, makrofaqlar, eozinofil leykositlər və mast hüceyrələri daxil ola bilər. O, epitelə dəstək və qidalanma, eləcə də əsas toxuma ilə bağlanma vasitələri təmin edir. Dildə aşkar edilən papillalar kimi birləşdirici toxuma səthindəki pozuntular lamina propria və epitelin təmas sahəsini artırır. == Strukturu == Lamina propria boş birləşdirici toxumadır, buna görə də submukozanın altında yatan birləşdirici toxuma kimi lifli deyil. Lamina proprianın birləşdirici toxuması və düzülüşü çox sıx və elastikdir.
Prayers of the Last Prophet
Prayers of the Last Prophet — Yusuf İslamın 1999-cu ildə çıxartdığı albom.