Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Priştina
Priştina və ya Priştine (Albanca: Prishtinë / Prishtina/Prishtë/ ; Serbcə: Priština / Пришт) Kosovanın paytaxtı və ən böyük şəhəri.
Priştina icması
Priştina (serb. Приштина) — Kosovoda icma, Priştina rayonuna daxildir. Sahəsi 564 km²-dır. İcmanın inzibati mərkəzi Priştina şəhəridir. Priştina icması 46 yaşayış məntəqəsindən ibarətdir, yaşayış məntəqəsinin orta sahəsi 12,3 km²-dır.
Priştina rayonu
Priştina rayonu (alb. Rajoni i Prishtinës, serb. Приштински округ) — Kosovonun ən böyük rayonudur və paytaxt olan Priştina şəhərini ehtiva edir. 8 bələdiyyədən və 298 kənddən ibarətdir. 2011-ci il Əhali Siyahıyaalınması məlumatlarına görə rayonun ümumi əhalisi 477 min 312-dir. == Bələdiyyələr == == Tarixi == Priştina və ətrafındakı məskunlaşma izləri çox qədimdir. Priştinaya bir yaşayış məntəqəsi kimi aid ilk məlumat, Bizans imperatoru İohann Kantakuzes tərəfindən yazılmışdır. === Rayonun Qurulması === Osmanlı hakimiyyətinin bitməsindən, Yuqoslaviya Sosialist Federativ Respublikası tərəfindən edilən Kosovo mühasirədən və böyük dövlət rəhbərliyindən sonra şəhər fərqli sahələr üçün inzibati mərkəz olaraq xidmət etdi. == Etnik Qruplar == 1991-ci ildə Alban çoxluğu olan bələdiyyələr bunlar idi: Priştina (88.63%), Kastriyot (80.31%), Fuşe Kosove (82.63%), Lipyan (79.36%), Poduyeva (98.91%) və Drenas (99.87%). Novoberda bələdiyyəsi 1991-ci ildə bir Serb-Çernoqoriyalı əksəriyyətinə sahib idi (58.12%).
Priştina Avtovağzalı
Günəşli Təpə (Priştina)
Brequ i Diellit, (azərb. Günəşli Təpə‎, alb. Bregu i Diellit və ya Kodra e Diellit, serb. Sunčani breg) mənasını verən, Kosovonın paytaxtı olan Priştina şəhərinin ən böyük və əhalisi ən çox sıx olan rayonudur. == Məktəblər == Shf. Liriya - Brequ i Diellit 2-də yerləşir Shf.
İmperatorluq Məscidi (Priştina)
İmperatorluq Məscidi (alb. Xhamia e Mbretit, serb-kiril. Царска џамија у Приштини)) — Kosovonun Priştina şəhərində yerləşən bir Osmanlı dövrünə aid Məsciddir. Fateh Sultan Mehmed tərəfindən 1461-ci ildə tikilmişdir. Məscid 1990-cı ildə Serbiya Respublikası tərəfindən "Müstəsna Əhəmiyyətə Sahib Mədəniyyət Abidəsi" elan edilmişdir. == Tarixi == Avstriya-Türk müharibələri əsnasında, XVII əsrin sonunda, müvəqqəti olaraq bir Katolik kilsəsinə çevrilmişdir. Ən tanınmış Alban yazıçılardan biri olan Piyetro Boqdani, eyni zamanda Avstriyaya meyilli üsyançıların aktiv bir lideri də burada basdırılmışdır. Osmanlılar nəzarəti ələ keçirdikdən sonra, 1690-cı ildə Pyetro Boqdani'nin sümükləri Osmanlı əsgərləri tərəfindən məzardan çıxarılmış və küçəyə atılmışdır .
Brequ i Diellit (Priştina)
Brequ i Diellit, (azərb. Günəşli Təpə‎, alb. Bregu i Diellit və ya Kodra e Diellit, serb. Sunčani breg) mənasını verən, Kosovonın paytaxtı olan Priştina şəhərinin ən böyük və əhalisi ən çox sıx olan rayonudur. == Məktəblər == Shf. Liriya - Brequ i Diellit 2-də yerləşir Shf.
Priştina Beynəlxalq Hava Limanı
Adem Yaşari adına Priştina Beynəlxalq Hava limanı — (alb. Aeroporti Ndërkombëtar i Prishtinës Adem Jashari; serb. Међународни аеродром Приштина) — Kosovo Respublikasının paytaxtı Priştinadan 15 km cənub-qərbdə yerləşən beynəlxalq hava limanı. == Tarixi == Hava limanı 1965-ci ildə inşa edilmiş və 1990-cı ilədək Belqrada uçuşlar təşkil edən yerli hava yolları üçün xidmətdə olmuşdur. 1990-cı ildən hava limanına beynəlxalq status verilmişdir. Slatina Hava limanı İsveçrə və Almaniya hava limanlarından müntəzəm uçuşlar qəbul etmişdir. 1999-cu ilin martından 15 oktyabra kimi hava limanı hərbi məqsədlər üçün istifadə edilmişdir. 1999-cu il 15 oktyabrında artıq mülki sərnişin təyyarələrini qəbul etmişdir. === Yuqoslaviya müharibəsi === NATO-nun Yuqoslaviyaya qarşı müharibəsi zamanı Yuqoslaviya HHMQ aid 83 qırıcı bölüyü yerləşirdi. Ancaq NATO tərəfindən təşkil edilən hava hücumu zamanı 37 MiQ-21 təyyarəsindən yalnız 12-si zərər görməmişdir.
Müqəddəs Tereza Ana kilsəsi (Priştina)
Priştinada yerləşən Müqəddəs Tereza Ana kilsəsi (alb. Katedralja e së Lumes Nënë Tereza në Prishtinë, serb. Katedrala Majke Tereze u Prištini / Катедрала Мајке Терезе у Приштини) ― Kosovonun Priştina şəhərində yerləşən Roma-Katolik kilsəsi kafedralıdır. 2007-ci ildə Kosovo hökuməti tərəfindən kilsənin tikintisinin planları hazırlanmışdır. Məbəd alban və hind katolik rahibəsi və missioner xoşbəxt Tereza Anaya həsr edilmişdir. == Tarixi == Kilsənin təməlindəki birinci daşı Kosovonun keçmiş prezidenti İbrahim Ruqova tərəfindən təntənəli surətdə qoyulmuşdur. Ruqova özü din üzrə müsəlmandır. "Kilsə kafedralı arxitekturanın bir hissəsi olacaq. Bu kilsə bizim dəyərlərimizi, milli eyniliyimizi və inamımızı, bizim hislərimizi özündə cəmləşdirəcək." — deyə prezident nitqini tamamlamışdır. Açılış mərasimi 26 avqust 2010-cu ildə — Tereza Ananın anadan olmağının yüzüncü ildönümündə baş tutmuşdur.