Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Proklos
Próklus Diadóxus (/ˈprɒkləs laɪˈsiəs/; ən tezi 7 fevral 412 və ən geci 8 fevral 412, Konstantinopol, Bizans imperiyası – 17 aprel 485, Afina, Bizans imperiyası) — antik dövrün neoplatonçu filosofu, Platon Akademiyasının rəhbəri (skolarxı), neoplatonizm məktəbinin sonuncu ən tanınmış nümayəndəsi. Onun öyrənciləri yazırdılar ki, o çoxlu tanınmış müəllimlərdən dərs almış, müdriklik məqamına çatmış, çoxlu ibadətlər etmiş, ailə qurmamış və abid həyatı sürmüşdür. "İlahiyyatın ilk əsasları" (yun. Στοιχείωσις θεολογική), "Platon ilahiyyatı" (yun. Περὶ τῆς κατὰ Πλάτωνα θεολογίας), "Fizikanın başlanğıcı" (yun. Στοιχείωσις φυσική) kimi kitabların, eləcə də Platonun "Timeus", "Parmenides", "Alkibiades", "Kratilus" əsərlərinə edilən şərhlərin müəllifi olmuşdur. Ancaq onun əsərlərinin çoxu bizim zamanımıza qədər gəlib çatmışdır. Digər neoplatoçular kimi Proklus da dünyanı Vahidin (tanrının) emanasiyası kimi təsəvvür edirdi. O, emanasiyanı triadik (üç mərhələli) inkişafda görürdü. Ancaq, bu inkişaf əslində tənəzzül demək idi, çünki o əks istiqamətdə inkişaf edirdi: kamildən naqisə, işıqdan qaranlığa olan kimi.
Pollok
Pollok — Qlazqo şəhərinin rayonu.
Proloq
Proloq yunanca πρόλογος — müqəddimə: Proloq — Hər hansı mətnin, yazılı mülahizənin girişi; Proloq — pravoslav kitab qiraəti, o Sinaksaridə adlanır; Proloq — çoxgünlük velosiped yarışmasının kiçik start mərhələsi; Proloq dili — məntiqi proqramlaşdırma dili.
Cekson Pollok
Pol Cekson Pollok (ing. Paul Jackson Pollock; 28 yanvar 1912 – 11 avqust 1956) — tanınmış amerikan rəssamı və abstrakt ekspressionizm cərəyanının ən görkəmli nümayəndəsi. Özünəməxsus drip-peyntinq rəssamlıq üslubu ilə məşhurdur. Pollok həyatı boyu şöhrətə və mənfi reputasiyaya sahib olmaqla öz dövrünün əsas rəssamlarından biri olmuşdur. Özünə qapanıq və dəyişkən şəxsiyyətə malik olan rəssam ömrünün çox hissəsini alkoqolizmdən əziyyət çəkmişdir. 1945-ci ildə Pollok onun karyerasına və yaradıcılığına böyük təsir göstərən Li Krasnerlə ailə qurdu. Pollok, 1956-cı ildə içkili vəziyyətdə idarə etdiyi avtomobillə düşdüyü qəzada, 44 yaşında vəfat etmişdir. Ölümündən bir neçə ay sonra, dekabr ayında, Nyu-York Müasir İncəsənət Muzeyində (MoMA) Pollokun xatirəsinə retrospektiv sərgi təşkil olunmuşdur. 1967-ci ildə burada onun əsərlərindən ibarət daha geniş sərgi təşkil edildi. 1998–1999-cu illərdə onun işlərindən ibarət geniş retrospektiv sərgilər həm Nyu-York Müasir İncəsənət Muzeyində, həm də Londonun Teyt muzeyində keçirilmişdir.
Proloq dili
Proloq dili-Proloq məntiqi proqramlaşdırma dilidir ki Süni intellekt və Hesablamalı dilçilik ilə əlaqədardır. Sadə proloq proqram faktlardan və qaydalardan təşkil olunmuşdur. Məsələn: pisik(qacir). Şəklində bir fakt təyin edək. İndi proloqla bu faktı çağırdıqda bizə doğru qiymət qaytaracaq. ?- pisik(qacir). Əgər "qacir" əvəzinə bir dəyişən daxil etsək, bizə bu dəyişənin qiymətini qaytaracaq. ?- pisik(X). X = qacir.
Tomas Pollok Anşuts
Tomas Pollok Anşuts (ing. Thomas Pollock Anshutz) — XIX əsr ABŞ rəssamı və incəsənət müəllimi. Rəsm sənətində müəllimi Tomas İkins kimi XIX əsr ABŞ realizminin tanınmış nüməyəndələrindəndir. Rəsmlərinin böyük hissəsinin mövzusunu qadınlar əhatə edir. Amma ən tanınmış əsəri əsl realizm əsəri sayılan və 1880-ci ildə çəkilən "Dəmirçilərin günortası" rəsm əsəridir. Bu əsərdə dəmirçilərin gündəlik yaşayışını təsvir etmişdir. Bir digər tanınmış əsəri "Yaşadıqları yol" tablosudur. Bu tabloda Afrika əslli qadın və iki uşağının çətin həyatını çəkmişdir. Rəssamlıqdan əlavə müəllimliklə də məşğul olduğundan yağlı boya tablolarının sayı azdır. Anşutsun stili şagirdlərində dərin iz buraxmışdır.