Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Puqliya
Apuliya — İtaliyanın 1948-ci il Konstitusiyası ilə qismən regional muxtariyyət verilmiş 20 regionundan biridir. Mərkəzi Bari şəhəridir. Apennin yarımadasının cənub-şərqində, Adriatik və İoni (Taranto körfəzi) dənizləri sahillərindədir. Bari, Brindizi, Leççe, Taranto, Foca əyalətlərindən ibarətdir. Sahəsi 19.358 km². Əhalisi 4,1 mln (1994). Səthi təpəli düzənlikdir. Maksimal hündürlük 1151 m-dir (Dauniya d.) Kontinental Aralıq dənizi iqlimi hakimdir. İllik yağıntı 400–500 mm-dir. Ərazisinin 5%-i meşəlikdir.
Domeniko Puliqo
Domeniko Puliqo (it. Domenico Puligo; 1492, Florensiya, İtaliya – 27 sentyabr 1527, Florensiya, İtaliya) — Florensiyada işləyən İntibah dövrünün İtaliya rəssamı. Əsl adı Domeniko di Bartolommeo Ubaldinidir. == Həyatı == Ridolfo Girlandayo onun müəllimi olmuşdur. Hazırda Baltimordaki Uolters Qalereyasında yerləşən "Müqəddəs Bernarın qavrayışı" adlı qurbangahı çəkmişdir. Mükəmməl portret rəssamı kimi də tanınır. Corco Vazarinin italyan rəssamlarının bioqrafiyaları haqqında kitabında onun adı çəkilir. Onun Yakone Puliqo adlı qardaşı da rəssam olmuşdur.