Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Məmməd Bağırov (pulmonoloq)
Məmməd Mənsur oğlu Bağırov (3 noyabr 1942, Qaraməmmədli, Gədəbəy rayonu) — tibb elmləri doktoru (1988), professor. Ukrayna Diplomdansonrakı Təhsil Milli Tibb Akademiyasının torakal cərrahiyyə və pulmonologiya kafedrasının professoru. == Həyatı == Məmməd Bağırov 3 noyabr 1942-ci ildə Azərbaycanın Gədəbəy rayonunun Qaraməmmədli kəndində anadan olmuşdur. 1964-cü ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb Universitetini bitirərək 1968-ci ilədək Gəncə şəhərində cərrah işləmişdir. 1968-1972-ci illərdə Kiyev həkimlərin ixtisasartırma institutunda cərrahiyyə kafedrasının aspirantı olmuşdur. 1972-ci ildə elmi işini müdafiə edərək elmlər namizədi dərəcəsi almışdır. 1972-1986-cı illərdə həmin institutda çalışmışdır. 1988-ci ildə “Traxeya xəstəliklərinin cərrahi müalicəsi” mövzusunda dissertasiya müdafiə edərək tibb elmləri doktoru elmi dərəcəsi almışdır.M.Bağırov 1977-ci ildən cərrahların, pulmonoloqların və bronxoloqların hazırlanması istiqamətində əmək sərf edir. O, pulmonologiya və torakal cərrahiyyə üzrə metodik vəsaitlərin müəllifidir. Onun dəstəyi ilə həkimlərin tədrisi üçün müvafiq kompüter proqramı hazırlanmışdır.