Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Pitsa
Pizza (it. pizza) — İtalyan mənşəli xəmir yeməyidir. Üzərinə bir çox ərzaq məhsulu qoyula bilər. Pendir, sosis, pomidor, kolbasa, bibər, zeytun, qarğıdalı kimi əsas ərzaqlarla yanaşı, bir çox fərqli məmulatların qoyulduğu pizzalar da var. Xüsusilə, ana vətəni olan İtaliyada və Amerika Birləşmiş Ştatlarında bir çox pizza növü yaradılmışdır. Dünyanın bir çox yerində pizza evə çatdırma xidməti vasitəsilə gətirildiyi üçün istehlak səviyyəsi olduqca yüksəkdir. Ola bilər ki, əsl pizza Qədim Yunanıstanda meydana gəlmişdir. Rasional yunanlar xəmiri şirə ilə yoğururmuşlar, bu xörək onlar üçün azuqə mənasını ifadə edirmiş. Əldə olunan yeməyi onların allahları sayılan Elladaya göndərirmişlər. Yunanların vaxtıilə hazırladığı bu pizza "plakuntos" adlandırılırmış.
Militsa Mirçeva
Militsa Mirçeva (24 may 1994) — Bolqarıstanlı marafonçu. Militsa Mirçeva Bolqarıstanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. Militsa Mirçeva birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında marafon yarışlarında qüvvəsini sınadı və məsafəni 2 saat 51 dəqiqə 6 saniyəyə qət edərək 157 marafonçu sırasında 108-ci yeri tutdu.
Pitsa lövhələri
Pitsa lövhələri — 1935-ci ildə Yunanıstandakı qədim Sikion şəhəri yaxınlığında Pitsada tapılmış dörd taxta lövhədən ibarət dəst. Müəyyən bir nəzir obyektinin salamat qalmış bu fraqmentləri qədim Yunanıstanın arxaik incəsənət dövrünə aiddir və qədim dəzgah rəssamlığının sağ qalmış ən qədim nümunəsi hesab olunur. E.ə. VI əsrə aiddir. Onlar Afina Milli Arxeologiya Muzeyinin eksponatıdır. Bütün lövhələrdən yalnız birində rəsm demək olar ki, tamamilə salamat qalmışdır. Sağ küncdəki ikinci planşetdə profildə dörd qadının təsviri var. Digər iki lövhə paltarın ətəyini təsvir edən fraqmentlərdir.