Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Pirnur Məhəmmədşah Cilani
Pirnur Məhəmmədşah Cilani (15 sentyabr 1951, Pakistan – 24 dekabr 2020, Pakistan) — Pakistan siyasətçisi, Pakistan Milli Məclisinin deputatı. Pirnur Məhəmmədşah Cilani 15 sentyabr 1951-ci ildə Pakistanda anadan olmuşdur. Pakistan Milli Məclisə ilk addımlarını 2008 Pakistan ümumi seçkilərində NA-228 Umerkot seçki dairəsindən namizəd olmaqla atmağa çalışdı, lakin, seçilə bilmədi. 24 min 210 səs topladı və Navab Məhəmməd Yusifə uduzdu. Lakin, növbəti seçki prosesini gözləyən Cilani böyük ümidlərlə 2013 Pakistan ümumi seçkilərində NA-230 Tarparkar seçki dairəsindən deputatlığa namizəd oldu və qalib gəldi. 61 min 903 səs toplayaraq bununla da Məkdum Şah Mahmud Hüseyn Qureyşini məğlub etdi. Eyni seçkilərdə PS-62 Tarparkar seçki dairəsindən bitərəf olaraq Sindh Əyalət Məclisinin deputatlığına namizəd oldu və heç bir səs toplamayaraq Məkdum Xəlilüzzamana uduzdu. Sonuncu dəfə 2018 Pakistan ümumi seçkilərində NA-221 Tarparkar seçki dairəsindən deputatlığa namizəd olan Cilani yenidən Milli Məclisə deputat olaraq seçildi və ömrünün sonuna qədər bu vəzifəni icra etdi. Böyük insan itkisinə səbəb olan koronavirus pandemiyasına yoluxan Pirnur Məhəmmədşah Cilaninin yoluxduğundan bir müddət sonra vəziyyəti daha da ağırlaşdı. Müalicə olunsa da, pandemiyadan xilas ola bilmədi və Pirnur Məhəmmədşah Cilani 24 dekabr 2020-ci ildə Pakistanda müalicə aldığı xəstəxanada vəfat etdi.
Pirnaqut
Brnakot, Pirnaqut, Pirnaut — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Sisyan rayonunda kənd. 1727-ci ildə İrəvan əyalətinin Sisyan nahiyəsində kənd adı olub. Sonralar Yelizavetpol quberniyasının Zəngəzur qəzasında olmuşdur. Mənbələrə görə kənddə 5 türk və 8 erməni ailəsinin yaşadığı qeyd olunur. XIX əsrin 80-ci illərinə aid mənbədə Pirnaut kimi göstərilir. 1829-cu ildən etibarən İrandan ermənilər köçürülməyə başlanmış və türklər sıxışdırılmışlar.
Pıxrut
Pıxrut - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayonu ərazisində kənd olmuşdur.
Pinus
Şam ağacı (lat. Pinus) — şamkimilər fəsiləsinə aid bitki cinsi. Şam ağacının 115 növü məlumdur. Şam ağacının iynəyarpaqlarından diş ağrısının müalicəsində istifadə olunur. Ağızı iynəyarpaq həlimi və sirkə ilə yaxalamaq uğurlu nəticə verir. İynəyarpaq buxarı ilə inhalyasiya etmək aborta kömək edir və aybaşının başlanmasına təkan verir. İynəyarpağın tüstüsü qaş və kipriklərin tökülməsində, gözdən yaş gəldikdə və zəif görmədə kömək edir. Şamağacı tumurcuğunun həlimi öskürəyə qarşı vasitədir. İynəyarpağından böyrək xəstəliklərinə qarşı preparatlar və vanna üçün şamağacı ekstraktı hazırlanır. İynəyarpaq-karotin pastası yaraların müalicəsində işlənir.
Pirat
Dəniz quldurluğu və ya piratlıq — orta əsrlərdə dəniz quldurları tərəfindən okean və dənizlərdə, əsasən, ticarət gəmilərinə qarşı həyata keçirilən quldurluqdur. Dəniz quldurlarını, adətən, "flibustyer", "bukanyer", "kaper", "pirat" adlandırırdılar. Latınca "pirat" sözü "taleyini sınayan" deməkdir.
Pirit
Pirit (kükürd kolçedanı, dəmir kolçedanı) — kubik sinqoniya. Rast gəlmə tezliyi şkalası: hər yerdə rast gələn. Kobaltpirit, nikelli pirit, mərgümüşlü pirit. Rəng – açıq bürüncü-sarı, tez-tez oksidləşmə rəngləri alır; Mineralın cizgisinin rəngi – qara; Parıltı – güclü metal; Şəffaflıq – qeyri-şəffaf; Sıxlıq – 4,9–5,2; S – 6–6,5; Ayrılma – {100} və {111} üzrə qeyri-mükəmməl; Sınıqlar – qabıqvari; Başqa xassələr – zəif elektrik keçiricisidir; termoelektrik xassəsi var; bəzən detektor xassələri təzahür edir; Morfologiya – kristallar: heksaedrik, pentaqon-dodekaedrik, hərdənbir oktaedrik, bəzən burulmuş; heksaedr üzləri üzrə kobud, başqa üzlər üzrə isə nazik ştrixlərin olması ilə səciyyələnir; İkiləşmə: {110} və {111} üzrə təmas və qarşılıqlı nüfuzetmə; Mineral aqreqatları: bütöv dənəvər kütlələr, müxtəlif süxurlarda püruzlar, böyrək- və salxımvari aqreqatlar; konkresiyalar, sekresiyalar, stalaktitlər, bəzən – druzalar, pirrotin, maqnetit, hematit və üzvi qalıqlar üzrə psevdomorfozalar, markazit üzrə paramorfozalar, isti bulaqların çöküntülərində qabıq, qaysaq və nazik təbəqələr. Ən geniş yayılmış sulfid olub, müxtəlif genetik tipli filiz və süxurlarda rast gəlir. Piritin ən iri yığınları hidrotermal-çökmə və hidrotermal-metasomatik kükürd kolçedanı, mis-kolçedan və kolçedan-polimetal obyektlərində yerləşir. Kobaltpirit isə geniş miqyasda Mərkəzi Afrikanın stratiform tipli mis yataqlarında yayılmışdır. Skarnlar və maqnetit filizləri üzrə inkişaf edən sulfidlərlə sıx assosiasiyada kontakt-metasomatik yataqlarda rast gəlir. Daş kömürlər içərisində, həmçinin çökmə mənşəli dəmir, manqan və alüminium filizlərində və çökmə süxurlarda qeyd olunur. Aksessor mineral kimi püskürmə süxurlarda müşahidə edilir.
Pirnəq (Nir)
Pirnəq (fars. پيرنق‎) — İranın Ərdəbil ostanının Nir şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 231 nəfər yaşayır (52 ailə).
Quercus prinus
Quercus prinus (lat. Quercus prinus) — fıstıqkimilər fəsiləsinin palıd cinsinə aid bitki növü.
Çenq Pirort
Kşumantsyan Pirquz
Kşumantsyan Pirquz (erz. Кшуманцянь Пиргуж, Kšumancäń Pirguž; əsl adı — Qriqori Dmirieviç Musalyov) — Erziyan milli hərəkatının fəalı, hüquq müdafiəçisi. Erzyalıların inyazoru (1999-2019). == Bioqrafiya == === Erkən illər === Üç qardaşın ən kiçiyidir. Atası İkinci Dünya müharibəsi iştirakçısı olmuş, Stalinqrad yaxınlığında vuruşmuş, 1943-cü ildə Xarkov yaxınlığında vəfat etmişdir. Anası kolxozçu olmuşdur. 1958-ci ildə Bolşeiqnatovskaya orta məktəbini bitirmiş, sonra orada laborant işləmişdir. 1959-1962-ci illərdə SSRİ ordusunda xidmət edib. Mordoviya Universitetinin fizika-riyaziyyat fakültəsini bitirmiş, sonra orada riyaziyyatçı-proqramçı kimi çalışmışdır. === Sosial fəaliyyət === 1980-ci illərin sonundan etibarən Erzyan milli hərəkatında iştirak edir.
Prut
Prut (ukr. Прут, rum. Prut, mold. Prut) — Ukraynada, Moldovada və Rumıniyada çay, Dunay çayının sol qolu. Moldovanın Rumıniya ilə dövlət sərhəddi Prut çayından keçir. Çayın uzunluğu 989 km, hövzəsinin sahəsi isə 27.5 min km²-dir. Şərqi Karpat dağlarından başlanır. Yağış və qar suları ilə qidalanır. Yanvardan martadək (45-50 gün) donmuş olur (mülayim havada buz örtüyü əriyir). Əsas qolları Rakovets, Çuqur, Çeremoş, Jijiya, Baxluy çaylarıdır.
Dərman pionu
Dərman pionu (lat. Paeonia officinalis) — bitkilər aləminin daşdələnçiçəklilər dəstəsinin pionkimilər fəsiləsinin pion cinsinə aid bitki növü.
Gənc pirat
Gənc Pirat (isv. Ung Pirat) - İsveçdə fəaliyyət göstərən Pirat partiyasının gənclər qanadıdır. 22 mindən çox üzvə malik qurum İsçevin ən böyük gənclər təşkilatıdır.
Maykl Dirnt
Maykl Rayan Pritçard (Michael Ryan Pritchard),yəni Mike Dirnt 1972-ci ilin 4 may tarixində anadan olmuşdur. Onun anası narkoman olduğundan o, uşaqlığını uşaq evində keçirmişdi. Amma Mayklın cəmi 7 yaşı olanda onun analığı və atalığı boşanmışdı. Əvvəllər Maykl atası ilə qalsa da, sonradan anası ilə yaşamağa məcbur oldu. "Həyatda hər şey baş verə bilər" Maykl deyir, " Mən 4-cü ya da 5-ci sinifdə oxuyanda anam bütün gecə evə gəlmirdi. Səhərisi gün isə o, hansısa kişi ilə evə qayıtdı və həmin kişi bizim evimizə köçdü. Mən də bununla barışa bilmirdim. Lakin mən məktəbi bitirəndən sonra onunla dostlaşdım. O, mənə hər şeyi verdi. O, mənim daxilimdə işçi ruhunu möhkəmləndirdi.
Mike Dirnt
Maykl Rayan Pritçard (Michael Ryan Pritchard),yəni Mike Dirnt 1972-ci ilin 4 may tarixində anadan olmuşdur. Onun anası narkoman olduğundan o, uşaqlığını uşaq evində keçirmişdi. Amma Mayklın cəmi 7 yaşı olanda onun analığı və atalığı boşanmışdı. Əvvəllər Maykl atası ilə qalsa da, sonradan anası ilə yaşamağa məcbur oldu. "Həyatda hər şey baş verə bilər" Maykl deyir, " Mən 4-cü ya da 5-ci sinifdə oxuyanda anam bütün gecə evə gəlmirdi. Səhərisi gün isə o, hansısa kişi ilə evə qayıtdı və həmin kişi bizim evimizə köçdü. Mən də bununla barışa bilmirdim. Lakin mən məktəbi bitirəndən sonra onunla dostlaşdım. O, mənə hər şeyi verdi. O, mənim daxilimdə işçi ruhunu möhkəmləndirdi.
Mlokoseviç pionu
Mlokoseviç pionu (lat. Paeonia mlokosewitschii) — bitkilər aləminin daşdələnçiçəklilər dəstəsinin pionkimilər fəsiləsinin pion cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və status "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir — VU D2. Qafqazın endemik növüdür. Çoxillik ot bitkisidir. Gövdəsi 1 m hündürlüyündə, düz, budaqlanandır. Yarpaqlar ikiqat-üçlü, uzun saplaqlı, uzunsov–yumurtavari və ya uzununa ellipsi formalıdır, hər iki kənardan daralmış hissəli, 6-12 sm uzunluğunda, üstdən göyümtüldür. Çiçəkləri solğun–sarı və ya sarıdır. Ləçəkləri 4-6 sm uzunluğunda olur. Yarpaqcıq 2-5 sm uzunluqda, 1-1,5 sm enində, sıx sarımtıl tüklərlə örtülmüş, qövsvari çevrilmişdir.
Pinus johannis
Pinus johannis (lat. Pinus johannis) — şamkimilər fəsiləsinin şam ağacı cinsinə aid bitki növü.
Pinus johndayensis
Pinus johndayensis (lat. Pinus johndayensis) — şamkimilər fəsiləsinin şam ağacı cinsinə aid bitki növü.
Pinus wallichiana
Pinus wallichiana (lat. Pinus wallichiana) – şamkimilər fəsiləsinin şam ağacı cinsinə aid bitki növü.
Pinus wangii
Pinus wangii (lat. Pinus wangii) — şamkimilər fəsiləsinin şam ağacı cinsinə aid bitki növü.
Pinus washoensis
Sarı şam (lat. Pinus ponderosa) – şamkimilər fəsiləsinin şam ağacı cinsinə aid bitki növü. Təbii halda Şimali Amerika nın qərbində, İngiltərə də, Kolumbiya da, Cənubi Kaliforniya da, eləcə də Avropa nın bir çox ölkələrində bitir. Hündürlüyü 50 m olan, ensiz-konusşəkilli, açıq çətirli, sonradan enli-piramidal forma alan möhkəm, ağacdır. Gövdəsinin qabığı qırmızı-qonur və ya qara rəngli olub, 10 sm qalınlığındadır, iri qatlarla ayrılan qalın qabıqla örtülmüşdür. Diametri 180 sm-dir. Azsaylı şaxələnmiş, çox vaxt qövsşəkilli əyilmiş, qısa budaqları ağaca xüsusi gözəllik verir. Cavan zoğlarının qalınlığı 8–20 mm-ə qədərdir. Qınların uzunluğu 20–27 mm-dir. İynəyarpaqları tünd-yaşıl, ucu biz, sıxdır, uzunluğu 30 sm-ə qədərdir, 2-5 ədədi bəzən bir dəstədə yığılır.
Pinus yunnanensis
Pinus yunnanensis (lat. Pinus yunnanensis) — şamkimilər fəsiləsinin şam ağacı cinsinə aid bitki növü.
Piruc (Ərdəbil)
Piruc (fars. پروج‎) — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 285 nəfər yaşayır (74 ailə).
Piruz (Məlayir)
Pəri və ya Piruz— Həmədan ostanın, Məlayir şəhristanında kənd. Məlayir şəhərinin 37 km cənub-şərqində yerləşir. Pəri kəndinin əhalisi Lurlardır. Dinləri İslamın Şiə məzhəbidir. Kəndin əhalisi 821 nəfərdir. Əhali əkinçilik və heyvançılıqla məşğuldur.
Piruz Dilənçi
İsmayılfiruz Əli Baratəli oğlu (16 may 1965, Tehran) — şair, tərcüməçi, siyasi xadim. Piruz Dilənçi (fars. پيروز ديلنچی‎, ing. Piruz Dilenchi) 1965-ci il mayın 16-da İranda, Tehran şəhərində anadan olmuşdur. Burada "Hatif" məktəbində ibtidai təhsil almışdır. 1983-cü ildə İsfəndiyar orta məktəbini bitirmişdir. 1983–1988-ci illərdə Tehran Texnologiya İnstitutunun yol və inşaat fakültəsində təhsilini davam etdirmişdir. Ədəbi fəaliyyətə erkən başlamışdır. 14 yaşında ikən ilk kitabı Tehranda fars dilində kütləvi tirajla buraxılmışdır. Doğulduğu şəhərdə yaşadığı illərdə 7 kitabı fars və Azərbaycan dillərində işıq üzü görmüşdür.