Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Travesti
Travesti operada, tamaşada və ya baletdə, ümumiyyətlə səhnədə əks cinsdən olan bir ifaçı tərəfindən personajın təsvirinə istinad edən teatr terminidir. Sosial səbəblərdən teatrın bir çox erkən formalarında qadın rollarını oğlanlar və ya kişilər ifa edirdilər və aktrisalar səhnələrdə qəbul olunduqdan sonra da travesti rolları bir neçə kontekstdə istifadə olunmağa davam edirdi. Bu söz fransızca "maskalanmış" mənasını verir. Mənbələrdən asılı olaraq termin travesty, travesti, və ya en travesti kimi verilə bilər. Baxmayaraq ki, 19-cu əsrin ortalarına aid fransız mənbələri bu termindən istifadə etmişlər ingilis dilində olan Oksford Xarici Terminlərin Əsas Lüğəti sonuncu terminin mənşəyini “psevdo- fransız ” kimi izah edir. Məs. Bibliothèque musicale du Théâtre de l'opéra (1876), La revue des deux mondes (1868) və 21-ci əsrə qədər bu təcrübəni davam etdiriblər. 17-ci əsrin sonlarına qədər İngiltərədə və 18-ci əsrin sonlarına qədər Papa dövlətində - Avropanın başqa yerlərində olmadığı halda - qadınları şərti olaraq kişi aktyorlar (adətən yeniyetmələr) səhnədə dreq olaraq təsvir edirdilər,lakin bu o zaman əxlaqsız hesab olunurdu. 1660-cı ildə monarxiyanın bərpası ilə qadınlar ingilis səhnəsində görünməyə başladılar amma hələ də bəzi qadın rollarını oğlanlar və gənc kişilər oynamağa davam edirdilər. Londonun Şekspirin Qlobus teatrı, orijinal Qlobus Teatrının müasir tərkibində qadın rollarında kişilərin seçilməsi təcrübəsi davam edir.
Bazgəşti-ədəbi
Bazgəşti-ədəbi (fars. بازگشت ادبی‎; hərf. "ədəbi dönüş") — XVIII əsrdə İranda meydana çıxan və fars ədəbiyyatında "səbki-Xorasani" və İraq üslublarının geri qaytarılmasını müdafiə edən ədəbi üslub və hərəkatın adı. == Mənbə == === İstinadlar === === Ədəbiyyat === Əqiq, Gülnar. "QACARLAR SÜLALƏSİ DÖVRÜNDƏ POEZİYA VƏ BAZGƏŞT CƏRƏYANI" (PDF). Əlyazmalar yanmır (az.). AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu. 9 (2). 2019. ISSN 2410-5600. Daadbeh, Asghar (2015).
Navesti çayı
Navesti — Estoniyanın cənub-qərbində 100 km (62 mil) uzunluğunda çay. Bu Pyarnuya axan ən böyük çaydır. Navestinin mənbəyi Yarvamaa rayonundakı İmavere kəninə yaxındır. Çay qərbdən axır və üç rayondan: Yarvamaa, Vilyandimaa və Pyanumaadan keçir. Navestinin hövzəsinin sahəsi 3,000 km2 (1,200 mil2), orta axın sürəti isə saniyədə 27.9 kub metrdir. Vırtsyavr gölünün Emajogi vasitəsilə Peypus gölünə axmasından əvvəl Navesti çayının mənsəbi Vırtsyavr gölü idi. Navestidə 18 növə qədər balıq mövcuddur, bunlara çapaq, lota, Qafqaz enlibaşı, ide, xanı, adi durnabalığı, kumja, külmə və ruff daxildir.