Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Razmik Panosyan
Razmik Panosyan (erm. Ռազմիկ Փանոսեան; 2 fevral 1964, Beyrut) — erməniəsilli Kanada tarixçisi və politoloqu. == Həyatı == Etnik erməni olan Panosyan 1964-cü ildə Livanın Beyrut şəhərində anadan olmuşdur. O, Kanadada "[erməni] icması ilə məşğul olan" ailədə böyümüşdür. İngilis, fransız və erməni dillərini bilir. O, 2002-ci ildə London İqtisadiyyat Məktəbində (LSE) namizədlik dissertasiyasını müdafiə etmişdir. Onun dissertasiya işi "Multilokal milli kimliyin təkamülü və müasir millətçilik siyasəti: Ermənistan və onun diasporu" adlandırmışdır. O, Beynəlxalq İnsan Hüquqları və Demokratik İnkişaf Mərkəzində siyasət direktoru olmuş və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramında (BMTİP) də daxil olmaqla, beynəlxalq məsləhətçi kimi fəaliyyət göstərmişdir. O, London İqtisadiyyat Məktəbində və London Universitetində mühazirələr oxumuşdur. Hal-hazırda Portuqaliyada yaşayan Panosyan 2013-cü ildən Kalust Gülbəkyan Fondunun erməni icmaları departamentinin direktorudur.