Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Viktor Lazniçka
Viktor Lazniçka (çex. Viktor Láznička, 9 yanvar 1988, Pardubitse, Çexiya) — çex şahmatçı, qrosmeyster (2006). 2005-ci ildə Herseq Novidə keçirilən 18 yaşadək gənclər arasında Avropa Çempionatının bürünc medalın sahibi olmuşdur. 2006-cı ildə isə Milli Çempionatın qalibi oldu. Turində keçirilən Olimpiadada komanda da ən yaxşı şəxsi nəticə göstərir. 2007-ci ildə Czech Open-nin qaliblərindən biri olur (Vlastimil Babula ilə). Həmin ildə keçirilən Dünya Kubokunun ilk mərhələsində Bartlomiej Macieja-ya məğlub olur. 2009-cu ilin dekabr ayında 19-cu Magistral Pamplona yarışında 1–4-cü yerləri bölüşdürür. 2010-cu ilin iyul ayında keçirilən World Open Chess yarışında 9 oyundan 7½ xal toplayaraq birinci yerin sahibi olur. Viktor Láznička.
Razmik Panosyan
Razmik Panosyan (erm. Ռազմիկ Փանոսեան; 2 fevral 1964, Beyrut) — erməniəsilli Kanada tarixçisi və politoloqu. Etnik erməni olan Panosyan 1964-cü ildə Livanın Beyrut şəhərində anadan olmuşdur. O, Kanadada "[erməni] icması ilə məşğul olan" ailədə böyümüşdür. İngilis, fransız və erməni dillərini bilir. O, 2002-ci ildə London İqtisadiyyat Məktəbində (LSE) namizədlik dissertasiyasını müdafiə etmişdir. Onun dissertasiya işi "Multilokal milli kimliyin təkamülü və müasir millətçilik siyasəti: Ermənistan və onun diasporu" adlandırmışdır. O, Beynəlxalq İnsan Hüquqları və Demokratik İnkişaf Mərkəzində siyasət direktoru olmuş və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramında (BMTİP) də daxil olmaqla, beynəlxalq məsləhətçi kimi fəaliyyət göstərmişdir. O, London İqtisadiyyat Məktəbində və London Universitetində mühazirələr oxumuşdur. Hal-hazırda Portuqaliyada yaşayan Panosyan 2013-cü ildən Kalust Gülbəkyan Fondunun erməni icmaları departamentinin direktorudur.