Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
AzerSat-1
Azerspace/Africasat-1A Rabitə Peyki (ing. Azerspace/Africasat-1A Satellite) — Azərbaycanın ilk rabitə peyki, Amerikanın "Orbital Sciences Corporation" şirkəti tərəfindən inşa olunmuşdur. Azerspace-1 peyki orbitə 2013-cü il 8 fevral tarixində, Fransız Qvianasında (Cənubi Amerika) yerləşən Kuru kosmodromundan Fransanın Arianespace şirkəti tərəfindən Ariane-5 daşıyıcı raketi ilə buraxılmışdır. == Peyk == Çəkisi: 6521 kq. Ölçüləri: Tam açılmış halda peykin ölçüləri: 23,6 m x 8,9 m x 5,6 m-dir. "Azerspace-1" peyki teleradio yayımı və telekommunikasiya xidmətlərinin göstərilməsi, eləcə də korporativ və hökumət müştərilərinin tələblərinə cavab verən keyfiyyətli və dayanıqlı rabitə platformaların təmin edilməsi üçün nəzərdə tutulub. Peyk üzərindən 100-ə yaxın televiziya və radio kanalı yayımlanır."Azerspace-1"-in istismar müddəti isə azı 15 ildir. Telekommunikasiya peyki olan Azerspace-1-dən səs, məlumat bazası, internet, TV və radio yayım xidmətləri məqsədilə istifadə edilə bilər. Peykin verəcəyi bir neçə qiqabitlik İnternet alternativ kimi fors-major situasiyalarda faydalı ola bilər. Peykin ərsəyə gəlməsi üçün 230 milyon manat xərc çəkildiyi deyilir.