Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Bazovıy
Bazovıy — Şimal Torpağına daxil olan ada. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır rayonu ərazisinə daxildir. == Coğrafiyası == Kara dənizində, Oktyabr İnqilabı adasında yerləşən Jiloy yarımadasından 500 metr qərbdə yerləşir. Ətrafında kiçik adalar vardır: Obmannıy adası 1,5 km cənub-şərqdə, Zabor adası 2 km şimal-qərbdə və Kolosov adaları 2,7 km qərbdə yerləşir. == Xüsusiyyətləri == Cənub-qərbdən şimal-şərqə uzanışdır. Burada uzunluq 850 metrdir. Sahilləri alçaqdır. Adada hansısa hündürlük yoxdur. Ada alcaqboylu otlarla örtülü olur.
Ana Radoviç
Ana Radoviç (21 avqust 1986, Sarayevo) — Monteneqronu təmsil edən həndbolçu. == Karyerası == Ana Radoviç Monteneqro yığmasının heyətində 2012-ci ildə London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarına qatıldı. Final oyununda Norveç yığmasına 26:24 hesabı ilə məğlub olan Monteneqro yığması, London Olimpiadasını 2-ci yerdə başa vurdu və gümüş medal qazandı.
Sadovıy (Xaybulla)
Sadovıy kəndi (başq. Садовый) - Rusiyanın Başqırdıstan Respublikası Xaybulla rayonu Akyar kənd sovetliyinə daxil olan kənd. == Əhali == 2002-ci il ümumrusiya siyahıya alınmasına görə Başqırdıstan Respublikası Sadovıy kəndinin milli tərkibi: başqırdlar 77 % == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Akyar): 6 km., kənd sovetliyindən (Akyar): 6 km ən yaxın dəmiryol stansiyasından (Sara stansiyası): 64 km.Tanalık çayının sahilində yerləşir. == İstinadlar == == Mənbə == Başqırdıstan Respublikası Bələdiyyələr Şurası.
Matyas Rakosi
Matyaş Rakoşi (9 mart 1892[…] – 5 fevral 1971[…], Nijni Novqorod) — Macar kommunist siyasətçi. == Həyatı == Matyaş Rakoşi 1892-ci ilin mart ayının 9-da Avstriya-Macarıstan imperiyasının Ada bölgəsinin Baks-Qodroq kəndində yəhudi əsilli ailənin dördüncü uşağı kimi anadan olmuşdur. Bu ərazi hal-hazırda Serbiyanın Voyvodina ərazisi adlanır. == Siyas həyatı == I Dünya müharibəsində Avstriya-Macarıstan ordusunda xidmət etmişdir.Şərq cəbhəsində Rus ordusuna əsir düşmüş və müharibənin sonlarına qədər burada əsir kimi qalmışdır. Rusiyada vətəndaş müharibəsi alovlandığı zaman əsirlikdən qaçaraq bolşevik hərəkatına qoşulmuşdur. Macarıstana qayıtdıqdan sonra Bela Kunun rəhbərliyində yerli bolşevik hərəkatına qoşulmuşdur. 1945-1956-ci illər arasında Macarıstan Kommunist partiyasının birinci katibi olmuşdur, 14 avqust 1952- 4 iyul 1953-cü illər arasında Macarıstanın baş naziri olaraq çalışmışdır. == Hakimiyyətdən uzaqlaşdırılması == Xruşşovun Gizli nitqindən az sonra Matyaş Rakoşi vəzifəsindən azad edildi və onu müavini Erno Gero əvəz etdi. Onu tamamilə macar siyasi səhnəsindən təmizləmək üçün Sovet rəhbərliyi tərəfindən Qırğızıstana göndərildi. İctimaiyyətə isə bunun tibbi müalicə ehtiyacı səbəbindən olduğu bildirildi.
II Ferens Rakoçi
II Ferens Rakoçi-(mac. II Ferenc Rákóczi; 27 mart 1676 – 8 aprel 1735, Təkirdağ) 1703–1711 Macar istiqlaliyyət hərəkatının rəhbəri, Transilvaniya şahzadəsi == Həyatı == Ferens Rakoçi 1676-cı ildə Transilvaniyada dünyaya gəlmişdir. I Ferens Rakoçi və İlona Zirininin 3 uşağından sonuncusudur. Atası hələ o uşaq ikən vəfat etdiyi üçün anası uşaqlarını tək başına yetişdirmişdir. Daha sonra İlona ikinci dəfə İmre Tököli ilə ailə həyatı qurur. Ögey ata Rakoçinin təhsilinə laqeyd yanaşır. Bütün diqqətini siyasət sahəsinə yönəldən Tököli 1683-cü ildə türklər Vyana şəhərini tuta bilmədikdə Yuxarı Macarıstan kralı olmaq aruzlarının puç olacağını başa düşür və Rakoçini Konstantinapola xoş niyyətinin simgəsi olaraq göndərmək istəyir. Lakin anası bu addıma qarşı çıxır. 1688-ci ildə I Leopold onu öz himayəsinə götürür və anası ilə birlikdə Vyana şəhərinə köçür. 1694-cü ildə Sarolta Amaliya ilə ailə həyatı qurur və Rakoçi qalasına yerləşir.
Rakov Şkoçyan dərəsi
Rakov Şkoçyan (sloven. 'Rakov Škocjan' ; tələffüzü [ˈɾaːkɔu̯ ˈʃkɔːtsjan]) — Sloveniyanın cənub-qərbindəki Daxili Karniola Regional Parkının bir hissəsi olan dərə və təbiət parkı. İnzibati olaraq Rakov Şkoçyan qəsəbəsinə aiddir. Bura 1949-cu ildən qorunur və Sloveniyadakı ən qədim təbiət parkıdır. == Coğrafiya == Rakov Şkoçyan dərəsi üzərində iki təbii körpü var: Kiçik təbii körpü (sloven. Mali naravni most) və axının təxminən 2.5 kilometr (1.6 mil) aşağısında Böyük təbbi körpü (sloven. Veliki naravni most). Vadinin üstündə, Böyük Təbii Körpünün yaxınlığında 17-ci əsrin əvvəllərində qotik üslubunda inşa edilmiş Müqəddəs Kantianus Kilsəsinin xarabalıqları yerləşir. Bu ərazi həmçinin Dəmir dövrünə aid arxeoloji məkandır.Vadi hər tərəfdən hündürülüyü 300 metr (980 ft)-ə qədər çata bilən qayalarla əhatə olunmuşdur. == Etimologiyası == Rakov Škocjan ifadəsi hərfi mənada "Rak dərəsindəki Škocjan" deməkdir.